İsrail Ermənistanda səfirlik açır – “Azərbaycan bu məsələdə yubanır”
İsrail 2020-ci ildə Ermənistanda səfirlik açacaq.
Bu barədə İsrail-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aleksandr Tsinker jurnalistlərə deyib.
Ermənistan hakimiyyətinin Azərbaycana dost olan İsraillə münasibətləri intensivləşdirməsi hansı məqəsdələri daşıyır? Yerevanda İsrail səfirliyinin açılmasının ölkəmizə hansı təsiri ola bilər?
"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı açıqlama verib:
Politoloqun fikrincə, Ermənistan həmişə Azərbaycan-İsrail münasibətlərini pozmağa çalışıb, amma ciddi nailiyyət əldə edə bilməyib.
"Düşünürəm ki, Ermənistanda İsrail səfirliyinin açılmasının Azərbaycana heç bir təsiri olmayacaq. Ən azından İsrailin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Biz İsraildən silah alırıq və Bakı-Ceyhan neft kəməri ilə onlara neft satırıq. İsrail neftə olan təlabatının 40 faizini Azərbaycandan alır. Ancaq İsrail müstəqil bir dövlətdir, istədiyi ölkələrlə əlaqlər qura bilər. Ermənistanla da əlaqələr yaradır. Düzdür, Ermənistan çox çalışır ki, İsraillə Azərbaycan arasında əlaqələri pozsun, Azərbaycana silah satmasın ancaq heç bir naliyyət əldə edə bilmir. İndi görürük ki, yeni həmlə həyata keçirməyə başlayıblar. Ola bilsin ki, İsrailin Ermənistanda səfirliyi açılması məsələsi aktuallaşsın”.
Politoloq İsraildə Azərbaycan səfirliyinin açılmasının vacibliyini də önə çəkib.
"Ona görə də mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycan bir məsələdə yubanır, gecikir. İsrailin Azərbaycanda illərdir ki, səfirliyi fəaliyyət göstərir. Ancaq Azərbaycanın İsraildə səfirliyi yoxdur. Bu məsələni tezləşdirmək lazımdır . Ona görə tezləşdirmək lazımdır ki, Ermənistan bir gün bizi qabaqlayacaq və İsraildə öz səfirliyini açacaq. Nəticədə İsraildə Azərbaycana əleyhinə kampaniya apara bilər. Çalışaq ki, bu məsələyə yol verməyək. Bir məsələni deyim ki, səfirlik açmaq iki dövlətin yaxınlaşması anlamına gəlmir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2019, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2019, 12:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11