Prezidentlərin Soçi görüşü ərəfəsi ermənilərin qovulması başlayıb - şok olay
Soçi Beynəlxalq Hava Limanından ermənilərin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb. Ermənistan mətbuatında bununla bağlı xəbərlər gen-bol tirajlanmaqdadır. Hətta işdən çıxan ermənilərin imzalı müraciəti də yerli mətbuatda yayılıb.
Hava limanından qovulan ermənilər məsələ ilə bağlı bəyanat yayıblar. Onlar hava limanından məhz milli kimliyinə görə 100 nəfərin qovulduğunu bildiriblər. (Axar.az)Ermənilər bu prosesin 2018-ci ilin əvvəlindən başladığını və ilk təmizləmələrin hava limanının Daşınmaların Təşkili Xidməti və Aviasiya Təhlükəsizliyi Xidmətində aparıldığı vurğulayıblar. Onlar hətta iclaslar zamanı erməni əsilli şəxslərin könüllü şəkildə 1 sentyabra qədər istefa verməsi gərəkliyi ilə bağlı xəbərdarlıq aldığını da iddia ediblər.
“Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib ki, Soçi Rusiya üçün olduqca əhəmiyyəti şəhərə, üçüncü paytaxta çevrilib: “Beynəlxalq əhəmiyyətli tədbirlərə, zirvə görüşlərinə ev sahibliyi edir. Belə olan halda isə xüsusən strateji əhəmiyyətli hava limanında erməni faktorunun böyüməsi Moskvada anlaşılan narahatlığa səbəb olur. Çünki Rusiya erməni milliyyətli şəxslərin törətdiyi terror aktları ilə dəfələrlə qarşılaşıb”. Ekspertə görə, erməni faktorunun məhdudlaşdırılması üçün tədbirlərin hava limanından başlaması əbəs deyil: “Burada erməni cinayətkar dəstələrinin, mafiyanın fəaliyyətinin, o cümlədən təhlükəli yüklərin və qadağan olunmuş əşyaların tranzitinin dayandırılması marağı var”, - Ələsgərov bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin bu ilin avqustunda keçirilməsi planlaşdırılan görüşü ərəfəsində erməni millətindən olan insanların kütləvi şəkildə strateji ərazidən kənarlaşdırılması xüsusilə diqqətəlayiq haldır.
“Sözsüz ki, bu, 3 dövlətin prezidentlərinin qarşıdakı görüşü ilə əlaqədardır. Hava limanı - əsas bağlantı həlqəsidir, buraya liderlərin təyyarələri uçur. Rusiyanın xüsusi xidmət orqanları, Federal Təhlükəsizlik Xidməti və ya Baş Kəşfiyyat İdarəsində liderlərdən hansısa birinə terakt və ya sui-qəsd hazırlanması barədə məlumat olması da istisna deyil. Ancaq mən düşünürəm ki, informasiya daha genişdir, çünki terrorçuların planları çox vaxt gözlənilməz olur”, - ekspert qeyd edib.
Sabiq milli təhlükəsizlik xidməti zabiti, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Soçi Beynəlxalq Hava Limanından ermənilərin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb və hətta bir neçə imza ilə həmin şəxslərin müraciətləri də var: “Maraqlidir ki, bu məsələni əsasən erməni KİV-ləri gündəmə gətiriblər və Rusiyada bu səpkili məlumatlar yer almır. Deməli, elə əsas məqsədlərdən biri milli münaqişə salmaqdan ibarətdir. Təbii ki, Soçi Beynəlxalq Hava Limanından da cavab verilib və bunun adi kadr işi ilə bağlı olduğu bildirilib və tövsiyə edilib ki, bu məsələni başqa istiqamətə yönəltməklə istifadə edilməsin. Hətta bu kadr dəyişikliyində 3 faiz ermənin iki il müddətində işdən azad edilməsi göstərilir və bunun da elə böyük bir rəqəm olmadığı bildirilir”. A.Nağıyev qeyd etdi ki, bu, məsələnin görünən tərəfidir: “Əslində Soçi limanı Adler rayonunda yerləşən, bir saata 2500 sərnişinə xidmət göstərən, Rusiyanın 5 böyük hava limanlarından biridir. Strateji baxımdan Rusiyanın cənubunda olan ən vacib hava limanıdır. Bu limanın Tuapse və Abxaziyaya da yaxın olması onu daha da əhəmiyyətli edir. Yəni həm hərbi baxımdan, həm də turizmlə bağlı. Əgər ermənilərin də bildirdiyi kimi, əsas ixtisarlar daşınma və təhlükəsizlik xidmətlərində aparılırsa, burada müəyyən mətləblər var. Yəni ermənilər bu xidmətlərdə yəqin ki, müəyyən sirlər malik olublar və artıq sızmalar olub və onların uzaqlaşdırılması labüd idi. Yəni Rusiya bu şəxslərə tam şəkildə inana bilməzdi və maraqlısı da odur ki, ora yenidən götürülən şəxslər də erməni millətindən deyil. Ermənilərin etirafına görə onların sayı 300 nəfərə yaxın olub, hazırda yarısından çoxunu çıxarıblar və zənnimcə, bu say daha da çoxalacaq”. Politoloq digər məqama da diqqət çəkdi: “Maraqlısı budur ki, Soçi ümumiyyətlə, son vaxtlar erməni millətindən olan şəxslərin sayına görə Rusiyada ilk yerlərdən birini tutur. Hətta BMT-ni də təsdiq etdiyi kimi, ermənilərin Rusiyaya doğru böyük köçü başlayıb, əsasən də Soçi və digər strateji əhəmiyyətli ərazilərdə məskunlaşırlar. Rusiya da bunu dərk edərək, onların strateji əhəmiyyətli və açar kimi mühüm iş yerlərində yerləşmə imkanlarını məhdudlaşdırır. Bu ərazilərin Qara dəniz limanlarına da yaxın olduğunu nəzərə alsaq və ermənilərin istənilən vaxt nəzarətdən çıxmaq imkanının çox olduğunu da vurğulasaq, bunun qarşısı təbii olaraq alınmalıdır. Əsas proseslərin də 2018-ci ildən başlanması göstərir ki, Paşinyan hakimiyyətindən sonra Rusiya daha geniş miqyaslı ərazilərdə ermənilərə qarşı demoqrafiya ilə bağlı proseslər həyata keçirir. Bu da onlara olan ”etibar və inam"ın təzahürüdür".
Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, Ermənistanda ötən il daxili etirazlardan sonra Rusiyanın ermənilərə etibarı tükənir: “Rusiya yaxşı bilir ki, ermənilər siyasi xəyanətkardır və istənilən vaxt Rusiyaya arxa çevirəcəklər. Qeyd edim ki, uzun illərdi Moskvanın ermənilərdən istifadə etməkdə məqsədi regionda öz siyasətini diktə edib. Ermənilər Rusiyada SSR vaxtından terror ediblər, Rusiyanın müxtəlif şəhərlərində terror aktı reallaşdırıblar. Onların yenidən terror və təxribata əl atması mümkündür. Soçi kimi strateji önəm daşıyan bir şəhərdə hava limanı və digər sahələrdə ermənilərin mövcudluğu Rusiyanın təhlükəsizliyi üçün təhdiddir. Nəzərə alaq ki, Qərblə Rusiya arasında siyasi qarşıdurma davam edir. Ermənilər müəyyən xüsusi xidmət orqanlarının kurasiyasında olan terror təşkilatına cəlb edilə bilərlər. Bu tendensiya mümkündür və bu hal yaşanıb. İndi Rusiya bunu baş düşür. Hesab edirəm ki, FTB məhz aldığı informasiyalar vasitəsi ilə buna gedib”. M.Əsədullazadə qeyd etdi ki, Ermənilərin ABŞ-da böyük lobbisi var: “Həmin lobbi qruplar terror şəbəkələri ilə əməkdaşlığı istisna deyil. Bundan əlavə terror qruplaşmaları ilə ermənilər daima əlaqədə olması real faktdır. Hesab edirəm ki, Moskvanın bu addımı təhlükəsizliklə bağlıdır. Hər hansı bir terror mərkəzindən gələn təlimatla ermənilər Rusiyada terror aktı keçirə bilər.
Soçidə bu riskə aiddir. Dövlət başçılarının Soçi görüşü ərəfəsində belə bir təhlükəsizlik tədbiri alması görünür, Moskvanın əlində ermənilərlə bağlı əsaslı dəlillər var. Yoxsa belə bir addıma birdən-birə getməzdilər”. Politoloq hesab edir ki, Rusiyada artıq ermənilərə etibar edilməyəcək: “Onların mühüm və strateji önəm kəsb edən dövlət müəssisələrində yüksək vəzifədə çalışmasının artıq qarşısı alınacaq. Məhz Soçi amili Rusiyaya bir mesajdır və bundan sonra Moskva ermənilərlə bağlı siyasətində korrektlər edə bilər. Rusiyanın Ermənistanla və ermənilərlə bağlı siyasəti artıq köhnəlib. Onlarla müttəfiqlik əlaqələri Türkiyə və Azərbaycana qarşı yönəlib. İndi isə Rusiyanı geosiyasi mövqeyinin güclənməsi Türkiyə ilə əməkdaşlığın inkişafı, Azərbaycandan özünə qarşı təhlükəli siyasətin olmaması Moskvanın Ermənistanla bağlı siyasətində dəyişiklik etməlidir. Nə qədər buna getsələr, Rusiya udacaq. Əks halda isə, Rusiyanın özünə ziyan dəyəcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2019, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2019, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01