Gülnarədən alıb Prezidentin kürəkəninə verəcəklər
Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun həbsdə olan qızı Gülnarə Kərimovaya məxsus Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşən “Sijjak” istirahət mərkəzi hazırkı ölkə başçısı Şavkat Mirziyoyevin kürəkəni Otabek Umarovun başçılıq etdiyi Özbəkistan Triatlon Federasiyalarına verilməyi planlaşdırılır.
Bu barədə “Nastoyaşee vremya” telekanalı müvafiq qətnamə layihəsinə istinadən məlumat yayıb.
İstirahət zonasının ərazisində mehmanxana binaları, bir neçə hovuz, amfiteatr, kottec, su çəni və digər qurğular, habelə Daşkənd Vilayət cinayət işləri Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə həbs edilmiş çoxsaylı əmlak var. Bu əmlakın də federasiyaya verilməsi planlaşdırılır. Əgər hökm ləğv olunarsa və ya dəyişdirilərsə və əmlak həbsdən azad edilərsə, Federasiya onu sahibinə qaytarmalı və ya dəyərini ödəməlidir.
Kərimovadan müsadirə edilən daşınmaz əmlakın xaricində bir təlim kompleksi tikmək təklif olunur ki, bunun da dəyəri 15 milyard sumdur (1,7 milyon dollar).
Əmlakın təhvil verilməsi təklifi artıq demək olar ki, bütün maraqlı idarələr - Bədən Tərbiyəsi və İdman Nazirliyi, ölkənin Olimpiya Komitəsi, Baş Prokurorluq yanında Məcburi İcra Bürosu, Özbəkistan Futbol Assosiasiyası və Triatlon Federasiyasının özü tərəfindən dəstəklənib.
Qeyd edək ki, Gülnarə Kərimova həm ölkədən xaricdə, həm də daxildə pul tələb etmədə və pulların yuyulmasında şübhəli bilinərək, onun barəsində cinayət işləri qaldırılıb. Öz vətənində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər. Lakin, sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. Kərimova “cəzasının çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-07-2019, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-07-2019, 18:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti