Somalidə hərbçilərə qarşı növbəti terror aktı törədilib, ölənlər var
Somalidə hərbi karvan yolunda bombanın partladılması nəticəsində azı 10 əsgər həlak olub. "Report" xəbər verir ki, bu barədə SNTV kanalı məlumat yayıb.
Məlumata görə, Moqadişonun paytaxtından təxminən 40 km aralıda, Balad şəhəri yaxınlığındakı avtomobil yolunda partlayıcı qurğu işə düşüb.
Hücumu “Aş-Şabab” terror təşkilatının silahlıları təşkil edib.
Son aylar Somalidə prezident və parlament seçkilərinə hazırlıq fonunda terror aktları tez-tez baş verir. "Aş-Şabab" silahlıları həm şəhərlərdə, həm də kənd yerlərində siyasətçilərə və hərbçilərə qarşı hücumlar təşkil edirlər.
Qeyd edək ki, aprelin 26-da da Somalinin paytaxtında terror aktı törədilib. Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğunun işə salınması nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər