Gülnarə Kərimovanın qəsrləri satışa çıxarıldı
Fransa hakimiyyəti Gülnarə Kərimovanın əmlakının satışından əldə olunmuş pulları Özbəkistana təhvil verəcək.
Bu məlumatı RFI yayıb. Söhbət üç obyektdən gedir – bunlar Parisdəki mənzil, Sen-Trope rayonundakı villa və Parisin kənarında yerləşən qəsrdir. Sözügedən əmlakların hamısı "daşınmaz əmlakın idarə edilməsi üzrə şirkət”in adına qeydiyyatdan keçirilib. Fransız müstəntiqlər müəyyənləşdiriblər ki, bu obyektlər xarici telekommunikasiya şirkətlərinin Özbəkistan bazarına daxil olmaq üçün ödədikləri "korrupsiya” pulları hesabına əldə edilib.
Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimoivanın Fransadakı əmlakı haqqında yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay sürən danışıqlar tələb olunub. Məsələ Bayetonun məhkəmə müstəntiqi Serj Turnerlə birgə Özbəkistan paytaxtına səfərindən sonra həllini tapıb. Özbəkistan hakimiyyəti ilə görüşlərdə digər məsələlərlə yanaşı, pulların geri qaytarılması üçün hansı hüquqi yolun seçiləcəyi də müzakirə edilib.
"Özbəkistanda verilmiş məhkəmə qərarlarının tanınması kimi daha mürəkkəb yolla da getmək olardı. Amma elə də etmək olardı ki, Özbəkistan dövləti özünü zərərçəkmiş kimi elan etməyə razılıq versin və mülki iddiaçı olsun. Məhz bu proseduru da seçdik”, - RFI-yə müsahibəsində Özbəkistanın maraqlarını müdafiə edən vəkil Stefan Sekkaldi deyib.
Nəticədə, iyunun 26-da şirkət nümayəndələri fiqurantları məhkəmə istintaqından azad edən "əvvəlcədən təqsirin etiraf edilməsi” proseduru üzrə fransız müstəntiqlərlə sövdələşməyə gediblər. Bu prosedur üzrə apellyasiya müddəti iyulun 9-da bitib. Bu isə o deməkdir ki, hər üç daşınmaz əmlak obyekti müsadirə edilmiş hesab olunur.
Özbəkistanın Fransa hakimiyyətindən alacağı yekun məbləğ hələlik məlum deyil. Kərimovanın Parisdəki mənzili hələ yaz aylarında hərracda 14 milyon avroya – alış qiymətindən iki dəfədən də çox ucuza satılıb. "Kərimovanın vəsaitləri”nin bir hissəsi – 2 milyon avro – istintaq xərclərinin kompensasiyası kimi ödəniləcək.
Bayeto və Turnerin sözlərinə görə, qanunsuz yolla əldə olunmuş gəlirlərin müsadirəsi qərarı Fransada ilk dəfədir ki, qəbul edilir. RFI bunu "tarixi presedent” adlandırıb.
Fransada Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimova barəsində istintaq 2014-cü ildə başlanıb. Bundan az öncə İsveçrənin hüquq-mühafizə orqanları fransalı həmkarlarına "cinayətkar dəstə tərkibində pulların yuyulması” haqqında iş üzrə sorğu göndərmişdilər. Elə həmin ilin sentyabr ayının 5-də Turner Kərimovanın adı ilə bağlı olan üç əmlakın üzərinə həbs qoymuşdu. Fransa KİV-lərinin məlumatına görə, Parisdəki mınzil 31 milyon avroya, villa 2,4 milyon avroya, qəsr isə 28 milyon avroya alınıb. (Virtualaz.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-07-2019, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-07-2019, 19:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti