Rusiyanın “Bayraktar” təlaşı: - Yerli media türk PUA-nı hədəfə alıb
Son illər silah sənayesində böyük uğura imza atmış Türkiyə, 44 günlük Vətən Müharibəsində “Bayraktar TB2” ilə tarxi yazdı. Və dünyaya sübut elədi ki, istehsal etdiyi yeni Pilotsuz Uçan Aparatlar (PUA) müharibələrin müqəddəratını dəyişməyə qadirdir.
JAMAZ.İNFO xəbər verir ki, Qarabağ müharibəsində böyük uğur əldə edən “Bayraktar”, qısa müddətdən sonra NATO ölkələrinin də diqqətini çəkməyə başladı. Polşa, Bolqarıstan və daha bir neə ölkə ilə yanaşı, Rusiyanın qatı düşməni olan Ukrayna da türk PUA-larını almaq barədə qərar qəbul edib. Kiyev əvvəlcə 6 ədəd “Bayraktar” alıb, Krım və Donbasda sınaqdan keçirdikdən sonra onların sayını daha 24 ədəd artırıb.
Amma bütün bu baş verənlərdən ciddi narahat olan yeganə dövlət hələlik Rusiyadır. Moskva hər vəchlə Qarabağda silahlarını metal yığınına döndərən “Bayraktar”ı pisləmək üçün demək olar ki, yarışa girib. Elə bu səbəbdəndir ki, Rusiya mətbuatı məhz Kremlin tapşırığı ilə türk PUA-larını pisləmək yarışına girib.
Ötən günlərdə rus mediasında belə bir məlumat yayılıb ki, guya, Rusiyanın istehsalı olan “Krasuxa” adlı REB sistemi Qarabağda onlarla “Bayraktar” vurub. Əslində, rus mediası bununla Kremli də ifşa edib.
Mətbuat yazır ki, “Krasuxa” REB Ermənistanın Gümrü şəhərində yerləşən rus hərbi bazasında saxlanılır və onlardan Qarabağ savaşında istifadə olunub. “Həmin REB sistemləri Gümrüdəki hərbi bazada saxlanılır və onlar Qarabağ savaşında Ermənistan tərəfindən istifadə olunub. “Krasuxa”lar sayəsində Qarabağda onlarla “Bayraktar” vurularaq, məhv edilib”.
Bu yazıdan aydın görünür ki, Rusiya Türkiyənin istehsal etdiyi “Bayraktar”dan ciddi şəkildə çəkinir. Üstəlik, Qarabağ müharibəsində “Bayraktar”ların rus tankları və bir çox texnikaları sıradan çıxarması, onun silah sənayesinə ciddi zərbə vurub. Üstəlik, dünya silah bazarında nüfuzdan salıb. Digər tərəfdən isə Rusiyanın özünün istehsal etdiyi dronların da bazarı ölüb və onun satışında ciddi sıxıntılar yaranıb. Qaralamanın birinci səbəbi də budur.
Digər tərəfdən, Türkiyə Ukraynaya PUA satır və bu, Krım, Donbas və Luqanskını işğal edən Rusiya üçün ciddi baş ağrısıdır. Elə ikinci hədəfalma da bununla bağlıdır.
Qaldı, ifşa məsələsinə, rus mediası özü də etiraf edir ki, Qarabağ müharibəsində Ermənistana dəstək verib. Bunu açıq şəkildə yazmaqdan da çəkinməyib. Məsələ belədir ki, ruslar “Krasuxa” REB-ləri ilə yanaşı, digər silahları da ermənilərə hədiyyə ediblər, lakin heç bir işə yaramayıb. Onları qəzəbləndirən də odur ki, indiyə qədər milyardlarla dollar xərc çəkib, istehsal etdikləri silahlar “Bayraktar”ın qarşısında duruş gətirməyib.
İşin qərəz tərəfini nümayiş etdirən əsas əcht isə yazını sonunda qeyd olunan fikirlərdir. “Türkiyənin istehsal etdiyi “Bayraktar” Rusiyanın “Krasuxa”sının bir düyməsinə bənddir. Bundan sonra Ankaradan PUA alanlar diqqətli olacaqlar və onlar rus REB-lərinin quş kimi ovladığı türk PUA-larını almaq üçün çox fikirləşəcəklər. Heç bir dövlət 70 milyon dollar dəyəri olan, həm də “Krasuxa”nın asanlıqla “ovladığı” “Bayraktar”ı almayacaq. Çünki artıq REB-lərlə bağlı ruslarla danışıqlar başlayıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-09-2021, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-09-2021, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01