“Taliban”dan sonra İŞİD də “dirilir”? - Bir gündə 7 partlayışla verilən mesaj
Dünən axşam saatlarında Əfqanıstanın Kabil şəhərində baş verən ardıcıl 7 partlayışı terror qruplaşması İŞİD öz üzərinə götürüb.
Partlayışlarda 80 nəfər ölüb, 150 nəfər yaralanıb. Ölü və yaralı sayının artacağı istisna edilmir. ABŞ Müdafiə Nazirliyi Kabildə törədilmiş terror aktları ilə bağlı bəyanat yayıb. Pentaqon bəyanatında partlayışların təşkil edilməsində İraq Şam İslam Dövlətini (İŞİD) günahlandırıb. Amerika Birləşmiş Ştatları Kabildəki partlayışlardan sonra təxliyyə missiyasını davam etdirəcək. Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının rəhbəri Əfqanıstanda təxminən 1000 amerikalının qaldığını deyib.
“Taliban”dan sonra indi də İŞİD yenidən dirçəlir? Əfqanıstandakı ssenari İraqda da təkrarlanacaqmı?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, İŞİD həmişə təhlükəsizliyə zərbə vuraraq, ölkədə qalmaqallı vəziyyət yaratmağa çalışır:
“Əfqanıstandakı vəziyyət İraqdan müəyyən dərəcədə fərqlidir. İndi hakimiyyətə gələn “Taliban” qruplaşmasının İŞİD-lə münasibətləri gərgindir. Reallıq odur ki, onlar uzun illərdir bir-biri ilə yola getmir. İŞİD Əfqanıstandakı vəziyyətdən istifadə edərək, bundan sonra da terror aktları törədə bilər. Çünki onların əsas məqsədi terror törətmək və stabilliyi pozmaqdır. Amma İŞİD heç vaxt “Taliban” kimi Əfqanıstanda və ya İraqda hakimiyyətə gələ bilməz.
Çünki Əfqanıstan çox mürəkkəb dövlətdir. Hətta “Taliban” özü belə hələ hakimiyyətə tam şəkildə gələ bilməyib. “Taliblər” indiyə kimi bütün prosesləri öz nəzarətlərinə götürməyibər, çünki bu, hələ başlanğıcdır. Ümumiyyətlə, “Taliban” hərəkatı çox güclü və təşkilatlanmış bir qruplaşmadır. İŞİD terrorlar törədərək, vəziyyətdən istifadə edərək hakimiyyət iddiasında olsa belə, “taliblər” bütün qüvvələri ilə onlara müqavimət göstərərək, buna icazə verməyəcək”.
Hmsöhbətimiz bildirib ki, İŞİD-in İraqı uzun illər işğal edə bilməsinin səbəbi orada hakimiyyətsizlik idi:
“ABŞ və Rusiya İŞİD-ə zərbə vurduqdan sonra bunun altından çıxa bilmədi və ətraf bölgələrə qaçdı. Ona görə İraqda belə ikinci Əfqanıstan ssenarisnin təkrarlanacağını düşünmürəm”.
Politoloq düşünür ki, ABŞ İŞİD-ə lazımi cavabı verəcək:
“ABŞ Prezidenti Co Baydenin hərəkətləri və bundan sonrakı addımlarından çox şey asılı olacaq. Çünki onun da reytinqi xeyli aşağı düşə bilər. Ona görə Bayden son çıxışında söz verdi ki, İŞİD-i bombalayacaq və cinayət törədən terrorçuları məhv edəcək. Hesab edirəm ki, ABŞ bu planı icra edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2021, 13:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2021, 13:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01