“Taliban”ın ilk “islahatı”: - Məhərrəmliyə son, yoxsa 1400 illik köhnə davanın yeni başlanğıcı?
“Taliban” qüvvələrinin Kabili ələ keçirdikdən sonra apardıqları ilk “islahat” paytaxtın şiələr yaşayan bölgələrində asılmış ələmləri və Kərbəla şəhidi imam Hüseynlə əlaqədar bütün şüarları yerlərindən çıxarmaq olub. Ölkə əhalisinin 15-20%-nin şiə olduğunu nəzərə alsaq, “Taliban”ın bu “islahat”ının Əfqanıstanda onsuz da hər an partlamağa hazır olan məzhəb toqquşmasına aparacağı şübhə doğurmur.
Video bu linkdə: https://t.me/ovqatcom/11170
Qeyd edək ki, Əfqanıstan şiələri əsasən Kabil, Herat, Bamyan ve Daykundi vilayətlərində yaşayır və onların böyük əksəriyyəti hazara türkləridir. Əfqanıstanda say etibarı ilə peştunlardan və taciklərdən sonra 3-cü etnik qrup sayılan hazaralar əhalisinin hardasa 10%-ni təşkil edirlər. Əfqanıstan əhalisinin sayının 39 milyon olduğunu nəzərə alsaq, bu, ölkədə hardasa 4 milyon hazara türkünün yaşaması deməkdir. Digər xalqlar arasında da, təbii ki, şiə inanclı insanlar var. Ümumi üst-üstə götürəndə Əfqanıstan şiələrinin 6-7 milyon civarında olduğ düşünülür.
Məzhəb ayrıseçkiliyinin geniş şəkildə yayıldığı ölkədəki bu vəziyyət başda hazaralar olmaqla şiə toplumunu istər-istəməz İranın qucağına atmaqdadır. “Taliban”ın hakimiyyətə gəlməsindən sonra bu təmayülün daha da artacağı gözlənilir.
İran əfqan şiələrini silahlandıraraq, Suriyada və İraqda ən ağır cəbhələrdə döyüşdürür. 2010-cu ildən sonra İrana sığınan əfqanların sayı artınca, Tehran onlardan ibarət yeni hərbi batalyonlar qurmağa qərar verdi. 2013-cü ildə SEPAH-ın nəzdində qurulan və “Fatimiyyun tugayı” adlanan bu hərbi birləşmələrin tərkibində nə qədər əfqan legionerinin olduğu dəqiq bilinmir. Əfqanıstanın millət vəkili Bilqeyis Rövşənin sözlərinə inansaq, 2018-ci ildə onların sayı 30 mini keçmişdi. Bilqeyis xanım onu da vurğulamışdı ki, İraq və Suriya cəbhələrində döyüşən “Fatimiyyun”çu əfqan gənclərindən 5500-i ölmüş, 1200-i isə itkin düşmüşdü. 2018-ci ildən sonra “Fatimiyyun”çuların sırasının genişlənib-genişlənmədiyini isə kimsə bilmir. Sadəcə zənn edilir ki, ABŞ-ın ağır sanksiyalarına məruz qalan İran maddi sıxıntılar yaşadığından əfqan gənclərini səfərbər etmək siyasətini zəiflədib. Suriyada və İraqda İŞİD təhlükəsi böyük ölçüdə aradan qalxdığından “Fatimiyyun” sıralarına yeni qüvvələrin cəlb olunması ehtiyacı da qalmayıb. Odur ki, İranın bu səfərbərliyi dayandırması həqiqətən də mümkündür.
2018-ci ildən sonra “işsiz” qalan “Fatimiyyunçu”ların Əfqanıstana transfer edilməsi barədə də ciddi məlumatlar var. Hətta Əşrəf Qani hökuməti 2018-ci ildə bu barədə İrana rəsmən etiraz bildirmişdi. Bəzi analitiklər Tehranın “Fatimiyyun”çuları Əfqanıstana göndərməsinin əsas səbəbini “Taliban”ın yenidən hakimiyyətə gəlməsi ehtimalı ilə əlaqələndirirlər. Bu mülahizəyə görə, ABŞ-ın Əfqanıstandan çıxacağı və “Taliban”ın qısa zaman ərazində hakimiyyəti götürəcəyi hələ 3 il bundan əvvəl proqnozlaşdırılırdı. İran da məhz bu səbəbdən öz ideoloji düşməni olan “Taliban”la sövdələşməyə çalışmışdı. Sövdə “Taliban”ın mühafizəkar mövqeyindən geri çəkilməməsi ucbatından baş tutmamışdı. İranın da yaxın zamanlarda onunla döyüş sahəsində qarşılaşmaq üçün öz qüvvələrini əvvəlcədən Əfqanıstana göndərdiyi iddia olunur.
“Taliban”ın Kabili ələ keçirər-keçirməz məhərrəmlik əzadarlığına “ilişməsi” bu mənada həm İranın, həm də “Fatimiyyun tugayı”nın qırmızı cizgilərini ilk gündən ayaqlaması deməkdir və Əfqanıstanın yeni hakimiyyətinin siftəyə pis başlaması ölkəni məzhəb savaşlarına apara bilər. Üstəlik, bu prosesin təkcə Əfqanıstanla yekunlaşmayacağı, Pakistan, İran, Orta Asiya kimi coğrafiyalara yayılması ehtimalı da istisna deyil. Təbii ki, Azərbaycan da özünü məzhəb hesablaşmalarının poliqonuna çevrilmək aqibətindən sığortalamalı, indidən bəzi zəruri tədbirlər görməlidir.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti