“Əfqan ordusunun “fərsizliyi” bizdə xəyal qırıqlığından da betər məyusluq yaratdı” - ABŞ müdafiə naziri
ABŞ müdafiə naziri Lloyd Austin 20 ildir təlim keçdikləri və təchiz etdikləri Əfqanıstan Silahlı Qüvvələrinin “Taliban” qarşısında acizliyinin Vaşinqtonda "xəyal qırıqlığından da betər" məyusluq yaratdığını bildirib.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Lloyd Austin, dövlət katibi Antoni Blinken və Baş Qərargah rəisi general Mark Milley videokonfrans vasitəsilə Konqres və Senat üzvlərinə Əfqanıstandakı vəziyyətlə bağlı məlumat veriblər.
Videokonfransda danışan Austin Əfqanıstan qüvvələrinin son günlərdə Taliban tərəfindən ələ keçirilən bölgələrdə az müqavimət göstərməsini qiymətləndirərkən bu peşmanlığını dilə gətirib.
Əfqanıstan ordusunu təlim və təchiz etmək üçün 20 il ərzində böyük sərmayələr qoyduqlarını bildirən Austin “fərsiz” əfqan əsgərlərini aşağılamaqdan da çəkinməyib: "İradə və liderlik qabiliyyətini satın ala bilməzsiniz".
Baş Qərargah rəisi general Mark Milley isə “Taliban”ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda “əl-Qaidə” kimi terror təşkilatlarının yenidən yuva qura biləcəyinə diqqət çəkib, "Əfqanıstandakı vəziyyət böyük bir təhlükə yarada bilər", - deyib.
Qeyd edək ki, “Taliban”ın 10 gün ərzində bütün Əfqanıstanı ələ keçirməsindən sonra Bayden özünün milli təhlükəsizlik komandasını toplayaraq bu ölkədə baş verənləri müzakirə edib. Müzakirələrin əsas mövzusu isə Əfqanıstandakı amerikalıların təxliyəsi ilə bağlı olub.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, hələ də Kamp Daviddə olan Bayden, dövlət katibi Antoni Blinken, müdafiə naziri Lloyd Austin, qərargah rəisi Mark Milley və CIA direktoru Villiam Burns da daxil olmaqla bir çox siyasi-hərbi yetkililərlə videokonfrans vasitəsilə danışıb. Görüş zamanı Bayden, administrasiyasının milli təhlükəsizlik komandası ilə Əfqanıstanda baş verən son hadisələri müzakirə edib, ABŞ-a dəstək verən əfqanların və ölkədəki amerikalıların evakuasiyası haqqında geniş məlumat alıb. Bayden telekonfransdan sonra mətbuata verdiyi açıqlamada Kabildəki amerikalıların təxliyəsi üçün ölkəyə göndərilən əsgər sayının 5 minə çatdırılacağını açıqlayıb.
Xatırladaq ki, bundan əvvəlki açıqlamalarında Bayden Əfqanıstana 3000 əsgər göndərəcəklərini bildirmişdi. Bundan əlavə, Böyük Britaniya da 600 əsgər göndərməyi planlaşdırırdı. Dünənki açıqlamasında ABŞ prezidentinin Kabilə əlavə 2000 əsgər göndəriləcəyini bildirməsi Əfqanıstandakı vəziyyətin göründüyündən daha təhlükəli olduğunu göstərir.
Bir neçə gün əvvəlki açıqlamasında Bayden ABŞ-ın Əfqanıstanda özlərinə uyğun ordu yaratmaq üçün 20 il ərzində 1 trilyon dollardan çox vəsait xərclədiyi bildirmişdi. Həmin vəsaitlərin önəmli qisminin Əfqanıstanda fəaliyyət göstərən “sülhməramlı” kontingent”in maliyyələşdirilməsinə getdiyi şübhə doğurmur. Bununla belə, məbləğin böyüklüyü Əfqanıstan ordusunun təchizatı üçün də önəmli sayılacaq miqdarda vəsait ayrıldığını göstərir.
Məlumata görə, ABŞ və onun koalisiya ortaqları uzun illər Əfqanıstanda 150 mindən çox əsgər saxlayırdılar. Orta böyüklükdə bir ölkənin əsgər sayı qədər olan “sülhməramlı” kontingendən əlavə, Əfqanıstan Silahlı Qüvvələrinə məxsus hərbi qulluqçular da vardı və onlar muzdlu əsgər kimi maaş alırdılar. ABŞ öz ordusunu Əfqanıstandan çəkdikdən sonra muzdlu əfqan əsgərlərinin pulu kəsildi və onlar üçün “iş yerində” müftə işləməyin heç bir mənası qalmadı. Əfqan əsgərləri isə ya silahlarını götürüb “Taliban”a qoşuldular, ya da hərbi texnikalarını hərbi hissələrdə qoyub qaçdılar.
ABŞ-ın 20 il ərzində 100 milyardlarla dollar xərcləyərək ərsəyə gətirdiyi əfqan əsgərlərinin, Lloyd Austin təbiri ilə desək, “xəyal qırıqlığından betər” məyusluq yaradacaq qədər “fərsiz” olması əslində gözlənilməz deyildi. Hətta ABŞ əsgərlərinin ən “gur” vaxtında belə, Pentaqon Əfqanıstanın yarısından çoxuna nəzarət edə bilməmişdi. Bildirildiyinə görə, ölkənin yalnız şəhərləri və hərbi obyektləri ABŞ-a bağlı qüvvələrin əlində olub. Əfqanıstan isə aqrar ölkədir və ərazisinin 77%-i kənd yerlərindən təşəkkül tapır. Belə çıxır ki, son 20 il ərzində ABŞ və müttəfiqləri bu ölkənin yalnız 33-35%-nə tam nəzarət edə biliblər. Odur ki, əfqan ordusunun “fərsiz”liyinin Vaşinqtonda niyə bu qədər gec məyusluq yaratdığı anlaşılan deyil.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2021, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2021, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01