Türkiyədə sel fəlakəti, ölən və itkin düşən var - Video
Türkiyənin bir neçə bölgəsində güclü leysan səbəbindən sel və daşqınlar baş verib.
regionxeberlericom.az “Hürriyet”ə istinadən xəbər verir ki, Bartın, Sinop və Kastamonuda yolları, iş yerlərini və evləri su basıb.
Məlumata əsasən, Bartın-Karabük yolunda sel nəticəsində yol çöküb. Bununla yanaşı, 2 kəndlə əlaqəni təmin edən körpülər uçub.
Evlərində köməksiz qalan bəzi vətəndaşlar xilasedicilər tərəfindən təxliyyə edilib.
Bartın valisi Sinan Günerin sözlərinə görə, 80 yaşlı bir qadını sel aparıb və onun axtarışları davam edir. Həmçinin, digər bir vətəndaş sel zamanı infarkt keçirdiyindən dünyasını dəyişib.
Sinopun bələdiyyə sədri Bülənt Ayhan isə yağışlar səbəbindən Aliköydə 100 sakinin köməksiz vəziyyətdə qaldığını bildirib.
Bununla yanaşı, digər ərazilərdə də dərələr və çayların daşması nəticəsində maşınlar suyun altında qalıb, evləri və iş yerlərini su basıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 13:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01