Sabah İran xalqı 4 namizəddən birini prezident seçəcək: - 1 nəfər 3 nəfərə qarşı yarışır
Sabah İranda növbəti prezident seçkilərinin son mərhələsi başlayır. Seçki qanunvericiliyinə görə, bu gün bütün təbliğat-təşviqat prosesi tamamlanacaq və sabah seçicilər öz istədikləri namizədə səs verəcəklər.
Ovqat.com-un məlumatına görə, təbliğat-təşviqat mərhələsinin başlanğıcında 7 namizəd varkən, səsvermə günü İran seçiciləri 4 namizəddən birini seçməli olacaqlar.
Dünənə qədər islahatçı siyasətçi kimi tanınan Möhsin Mehralizadə və mühafizəkar namizəd Əli Rıza Zakani seçki yarışından çəkildiklərini açıqlamışdılar. Dünən isə mühafizəkarlar namizədi Səid Cəlili də seçkilərdən çəkildi. O öz namizədliyini Məhkəmə orqanlarının rəhbəri İbrahim Rəisinin lehinə geri götürdü.
Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi və sabiq Baş Nüvə müzakirəçisi Cəlili bu addımını seçicilərin Rəisiyə göstərdiyi böyük maraqla əlaqələndirdi və bundan sonra onu dəstəkləməyə qərar verdiyini açıqladı. Beləcə, seçki yarışında 4 namizəd qaldı: islahatçı qanadın yeganə təmsilçisi sayılan, İran Mərkəzi Bankının prezidenti keçmiş rəhbəri Əbdül-nasır Himməti və onun qarşısındaki mühafizəkar namizədlər - Mühakimə sisteminin başçısı İbrahim Rəisi, keçmiş İslam İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı Möhsin Rızai və millət vəkili Əmir Hüseyn Qazızade Haşimi.
Mühafizəkar qanadın əsasən İbrahim Rəisiyə, islahatçıların isə yeganə namizədləri kimi görünən Əbdül-nasır Himmətiyə səs verəcəkləri güman olunur.
İslahatçı lider Məhəmməd Hatəmi də dünən seçicilərə müraciət edərək seçkilərdə fəal olmağa və ad çəkməsə də dolayısıyla Himmətini dəstəkləməyə çağırıb. Hatəminin fikrincə, İranın dini rəhbərliyi xalqın seçim haqqını məhdudlaşdırmaq üçün bir çox islahatçı namizədlərin seçkilərə qatılmasının qarşısını alıb. Bununla da xalqın iradəsinin tam təcəlli tapmasına imkan verməyib. Xalq da bu siyasətə qarşı öz sözünü seçki fəallığı ilə deməlidir: "Ümid edirəm, xalqımızın seçkilərə fəal şəkildə qatılacaq. Qoy xalqımız nəyin bahasına olursa olsun hakimiyyətdə görmək istədikləri insanları bu yüksək posta gətirsin. İnsanlar kənara atıldı və azadlıqları məhdudlaşdırıldı. Xalq Səhnəyə çıxmalı və oyunu pozmalı və bu mesajı verməlidir: siz bir insanı bizə məcburən seçdirmək istədiniz, amma əsl qərarı biz veririk".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2021, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti