Sərhəddə vəziyyət yenə kəskinləşir, hərbi texnika cəmləşdirilir... - YENİ TOQQUŞMALAR BAŞLAYA BİLƏR
Qırğızıstanla Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən kəskinləşib.
Virtualaz.org Orta Asiya KİV-lərinə istinadən xəbər verir ki, rəsmi Bişkek Qırğızıstan tərəfini sərhədlərin delimitasiyasına və demarkasiyasına dair əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib. Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin bu gün səhər yaydığı bəyanatda bildirilir ki, iyunun 4-də, təxminən saat 03.00 radələrində tacik tərəfi Oş vilayətinin Çon-Alay rayonunda, Unju Bulak adlanan ərazidə konteynerlər yerləşdirməyə başlayıb. Bununla da Tacikistan hərbçiləri Qırğızıstan ərazisinin içərilərinə doğru 1000 metrə qədər irəliləyib.
Habelə Tacikistan tərəfi sərhədə yüngül zirehli texnika, şəxsi heyət və avtomobil texnikası cəmləşdirir. Qırğızıstan tərəfi vəziyyəti nizamlamaq üçün Tacikistan tərəfi ilə əlaqə saxlamağa çalışsa da, tacik sərhədçiləri telefon zənglərinə cavab verməyiblər. Yaranmış vəziyyətlə bağlı Bişkekdən hökumət rəsmiləri sərhədə yollanıblar.
İki Orta Asiya respublikası arasında sərhəd münaqişəsi aprelin 28-də, “Qolovnoy” adlı sovet dövründə tikilmiş su anbarı ətrafındakı mübahisələrə görə başlayıb. Və sürətlə silahlı toqquşmaya çevrilib. Tankların və artilleriyanın da tətbiq edildiyi, iki gün davam edən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi və mülki şəxs həlak olub. Tərəflər aprelin 29-da axşam atəşin dayandırılması və hərbi bölmələrin sərhəddən geri çəkilməsi barədə razılıq əldə ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2021, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2021, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti