Rusiya Azərbaycana qarşı TƏXRİBATINI DAVAM ETDİRİR... - NƏ VAXTA QƏDƏR BELƏ OLACAQ?
“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımların Dağlıq Qarabağın Mardakert bölgəsinin Xnkavan və Çapar yaşayış məntəqələrinə çatdırılmasını təmin ediblər. Ümumilikdə, hazırda iki kənddə təxminən 1000 nəfər yaşayır. Onların çoxunun köməyə ehtiyacı var”.
Moderator.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.
“Humanitar aksiya zamanı Rusiya sülhməramlıları köçkünlərə zəruri ev əşyaları, paltar, gigiyena ləvazimatları, uşaqlar üçün oyuncaqlar və uşaq arabaları veriblər. Əşyalara və məhsullara əlavə olaraq ailələrə kiçik miqdarda ən vacib dərman və sarğı dəstinin də daxil olduğu fərdi tibbi dəstlər verilib.
Qaçqınlardan əlavə, çoxuşaqlı ailələrə də yardım edilib. Belələri iki yaşayış məntəqəsində kifayət qədər sayda yaşayırlar. Ümumilikdə, Rusiya sülhməramlıları Dağlıq Qarabağ sakinlərinə Rusiya xeyriyyə təşkilatları və fondları tərəfindən Ermənistana çatdırılmış təqribən 155 ton humanitar yardım təqdim edib" –deyə Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin rəhbəri İqor Sivakov bildirib.
Göründüyü kimi, Rusiya MN növbəti məlumatda da Yuxarı Qarabağın hərbi kontingentinin nəzarəti altında qalan hissəsini Azərbaycan Respublikasının ərazisi kimi təqdim etmir, həmin ərazini “Dağlıq Qarabağ” adlandırır və üstəlik, bir çox toponimləri də respublikamızın mövcud inzibati-hüquqi bölgüsünə uyğun yox, ermənilərin adlandırdığı kimi təqdim edir. Bu halda da “Xnkavan” və Çapar kəndləri “Mardakert” rayonunun yox, Kəlbəcər rayonunun kəndləridir. Çapar elə öz adı ilə adlanır. “Xnkavan” isə çox güman ki, Kəmərli kəndinə qoyulmuş erməni adıdır.
Xatırladaq ki, Çapar və Kərəmli kəndləri Kəlbəcər rayonunun məşhur ustad el aşığı Aşıq Şəmşirin doğma yurdu olan Ağdaban kəndi ilə qonşu kəndlərdir. 1-ci Qarabağ savaşında məhz həmin kəndlərdə möhkəmlənmiş erməni terrorşuları Ağdabana hücum və qətliamlar təşkil ediblər. 1991-ci il dekabrın sonunda Azərbaycan ordusunun əsasən könüllülərdən ibarət birləşmələri Çapar kəndini azad etmək üçün geniş əməliyyat təşkil etsə də, əsasən Rusiya ordu birləşmələrinin ermənilərə dəstəyi sayəsində həmin əməliyyat baş tutmayıb. 1992-ci il aprelin 8-də isə erməni terrorçuları Ağdabanda qətliam törədib və kəndi yandırıblar...
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11