Tacik-qırğız qırğını: su davası qan davasına çevrildi - kiçik ölkələrin böyük münaqişəsi
Avrasiya materikinin göbəyində, Pamir və Tyan-Şan dağ silsilələrinin ətəyində iki qonşu dövlət var – Qırğızıstan və Tacikistan.
İkisi də kiçik və kasıb, aqrar, inkişafdan qalmış, 30 ildir yerlərində çabalayan ölkədir.
Tacikistanın (paytaxtı Düşənbə) əhalisi 9 milyondan bir az çoxdur, Qırğızıstanın (paytaxtı Bişkek) əhalisinin sayı 6 milyon yarımdır.
Qırğızlar türkdilli xalqdır, daha çox qazaxlara yaxındır, taciklər isə farsdilli xalqdır. Qardaş xalqlar deyillər, amma ümmətçilik baxımından qardaş sayıla bilərlər: ikisi də islam dininin sünni məzhəbinə etiqad edir.
Hər iki ölkənin dövlətçilik tarixi zəngin deyil, qədimlərdə müxtəlif imperiyaların tərkibində, amma kompakt yaşayıblar, milli identikliklərini qoruyub saxlayıblar.
Taciklər SSRİ tərkibində müttəfiq respiblika kimi yaşamaq hüququnu 1926-cı ildə qazanıblar. Qırğızlar isə bu şərəfə 1936-cı ildə nail olublar. Ona qədər hər iki xalq Rusiyanın tərkibində muxtariyyata malik idilər.
Qırğızıstanda dövlət dili qırğızcadır, rəsmi dil isə rus dilidir. Tacikstanda da tacik dili dövlət dilidir, amma rus dilinin də statusu var – ölkə konstitsuyasına belə salınıb.
SSRİ-nin süqutu zamanı hər iki respublika öz suverenliklərini elan ediblər – amma SSRİ-nin tərkibində. Özlüyündə bu, unikal addım idi – “müstəqil dövlət oluruq, amma SSRİ-nin tərkibində qalırıq”.
Bu respublikalardan heç biri SSRİ-dən, başqa sözlə, Rusiyanın müstəmləkəsi olmaqdan çıxmaq təşəbbüsü göstəməyə cürət etməyib. Nə Qırğızıstanda, nə də Tacikistanda milli-azadlıq hərəkatının, demokratiiya və azadlıqlar uğrunda mübarizənin işartısı belə olmayıb, sadəcə, müxtəlif illərdə hakimiyyət uğrunda klanlararası mübarizə gedib.
Hər iki respublika yalnız SSRİ Ukrayna, Belarus və Rusiya rəhbərlərinin qırmızı imperiyanı gömən “Belovejsk sazişi”ində sonra çar-naçar qalaraq, müstəqillik əldə ediblər, amma bu günə qədər də Rusiyanın “arxa bağçası” olaraq qalırlar.
İndiyədək müstəqil Tacikistanın üç rəhbəri olub – Rəhman Nəbiyev, Əkbərşo İsgəndərov (İsgəndərov prezident səlahiyyətlərini müvəqqəti icra edib) və İmomali Rəhmon. İ.Rəhmon Tacikistan prezidenti vəzifəsini 1994-cü ildən bəri fasiləsiz olaraq tutur.
Bu xüsusda Qırğızıstanın tarixi daha zəngindir. Bu ölkədə rəhbərlər tez-tez dəyişib. Qırğızıstanın ilk prezidenti Əsgər Akayev olub. Onu Kurmanbek Bakiyev əvəzləyib. Daha sonra Roza Atambayeva müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edib. Ondan sonra hakimiyyət Almazbek Atambayevin əlinə keçib. Atambayevdən sonra Soronbek Jeenbekov prezident kürsüsünə əyləşib. Hazırda isə Qırğızıstanın prezidenti Sadır Japarovdur. O, bu vəzifədə 2021-ci ilin yanvarından çalışır.
Tacikistandan fərqli olaraq Qırğızıstanın daxili siyasi həyatı həmişə təlatümlü olub. Bu ölkədə tez-tez kütləvi xalq etirazları olub, nəticədə hakimiyyət komandaları vaxtaşırı iqtidardan düşüblər. Bu ölkə demokratiya yolunda büdrəyə-büdrəyə, yıxıla-yıxıla irəliləmən əzmindədir.
Tacikistanda isə 27 ildir ki, eyni adam hakimiyyətdədir. Bununla belə, bu ölkədə də hakimiyyətə qarşı silahlı çıxışlar edən, vətəndaş müharibəsinə rəvac verən şəxslər olub. 1996, 97, 98-ci illərdə polkovnik Mahmud Xudoyberdıyev 3 dəfə hökumətə qarşı qiyam qaldırıb, amma hamısında qiyam uğursuz alınıb, sonda polkovnik Özbəkistana qaçıb, prezident İslam Kərimovun himayəsinə sığınıb. İslam Kərimovun ölümündən sonra 56 yaşlı Xudoyberdıyev Türkiyəyə keçib.
Qırğızıstan və Tacikistan SSRİ-nin tərkibində olduqları vaxt bir-birilə problem olmadan yaşayıblar.
Onlar indinin özündə də Rusiyadan bir çox sahələrdə asılıdırlar. Rusiyada həm böyük qırğız, həm də tacik icmaları var. Onlar əsasən əmək miqrantlarıdır, Rusiyanın şəhərlərində işləyərək öz ölkələrindəki ailələrini dolandırırlar.
Rusiyadan başqa, bu ölkələrə digər güclü qonşuların da müəyyən təsiri var. Qırğızıstanda Çin amili getdikcə güclənir, taciklərin televizorlarının peyk anteni isə İrana tuşlanıb.
Tacikistan təbii ehtiyatlar sarıdan zəngindir, ancaq ölkə əsasən dağlıq ərazilərdə yerləşdiyindən bu təbii ehtiyatların hasilatı işi zəifdir. Bu ehtiyatları istismar etmək üçün Tacikistanda yetərli infrastrukturlar, eləcə də investisiya qoyanlar yoxdur.
Eyni problem Qırğızıstanda da mövcuddur. Bu ölkə də sənayeləşmədə geri qalır.
Taciklər özlərini Orta Asiyanın digər türk xalqlarından fərqləndirir, getdikcə xorlaşan səslə “ari millət”, “qədim xalq”, “unikal mədəniyyətə malik toplum” olduqlarını qeyd edirlər.
Qırğızlar kökəncə türk xalqı olduqlarını bilirlər, amma bu faktora elə də önəm vermirlər.
Bu iki dövlət arasında münaqişə mübahisəli sərhəd məntəqəsində başlanıb. Tacikistan da, Qırğısısfan da həmin ərazini özününkü sayır. Bu nahiyədə sərhəd delimitasiya olunmayıb. Ona görə də bu həndəvərdə yaşayan taciklər və qırğızlar onun üstündə tez-tez toqquşurlar.
Hazırda situasiyanın gərginləşməsinə görə tərəflər bir-birini ittiham edir. Taciklər bildirirlər ki, qırğız sərhədçilər suayırıcı məntəqəni ələ keçirmək istəyiblər, toqquşma ona görə başlayıb. Qırğızlar bəyan edirlər ki, rəqibləri vəziyyəti çoxdan bəri gərginləşdirirdilər, qırğızların evlərini, maşınlarını vaxtaşırı daşa basırdılar.
Budur, iki xalqın arasına qan düşüb, 40-dan çox adam ölüb, 200-dən artıq adam yaralanıb. Qırğızıstanda matəm elan edilib. Gərginlik son həddədir.
Hər iki xalqı yaxından tanıyanlar əmindirlər ki, bu düşmənçilik burada bitməyəcək, mütləq davamı olacaq. Əgər Qafqazda 3-4 müharibə ocağı yaradaraq idarə edən Rusiya öz “sülhməramlı missiyası”nı Orta Asiyada da davam etdirsə, işlər daha pis olacaq, qalıcı sülh bərqərar olmayacaq, amma taciklər və ruslar bir də onu görəcəklər ki, hər iki tərəfdən sərhədlərini ruslar qoruyur, sərhədyanı rayonları ruslar idarə edir.
Bir çoxları münaqişənin əsas səbəbnin su davası olduğunu bildirir, amma görünən odur ki, artıq su davası əməlli-başlı qan davasına çevrilib və bu qanı su yumayacaq. Tərəflər savaşmaqda israrlıdır və sərhəd bölgəsinə hərbi texnika daşıyırlar.
Xalid Kazımlı //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:1-05-2021, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-05-2021, 12:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11