Çexiyanın Rusiyadakı səfirliyinin işi iflic olub
Çexiyanın Rusiyadakı səfirliyinin işi iflic vəziyyətinə düşüb.
Bunu Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Hamaçek bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 20 diplomatın göndərilməsindən sonra Çexiya səfirliyinin işi faktiki iflic olub: “Səfirlikdə 30-a yaxın diplomat var, əgər onların 20-si göndərilirsə, bu səfirliyin işini iflic edir. İndi yalnız konsulluq şöbəsi fəaliyyət göstərir. Siyasi və iqtisadi şöbələr bağlıdır. Bu səfirliyə böyük zərbədir”.
Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek isə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.
Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2021, 16:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-04-2021, 16:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti