İqtisadiyyatı xilas etmək üçün Yunanıstana 57 milyard avro lazımdır - Mitsotakis Türkiyə ilə "çilingağac oynayır"
Yunanıstan hökuməti iqtisadiyyatı xilas etmək üzrə milli planı reallaşdırmaq üçün 57 milyard avro cəlb etməyi gözaltı edib. Plan əlavə olaraq, ümumi daxili məhsulun (ÜDM) 7 faiz artımını və 200 min iş yeri yaradılmasını təmin edə bilər.
Bu barədə Baş nazir Kiriakos Mitsotakis xəbər verib. «Bu, nəhəng proqramdır və onun 60 milyard avro səfərbər etmək potensialı var - hökumət başçısı qeyd edib - 32 milyard avro bərpa fondunun təmin olunan resursudur, 19 milyard qrantlar şəkilində olacaq, qalanı isə özəl sektorun borc (istiqraz) vəsaitidir. Bizim qiymətləndirməmizə görə, 57 milyard avro həcmində ümumi resurs səfərbər edilə bilər».
Martın 20-də Nazirlər Sovetinin iclasında Mitsotakis dəqiqləşdirib ki, planın 4 əsas istiqaməti var: biznesin və dövlətin rəqəmsal texnologiyalara keçidi, məşğulluğun artırılması, sağlamlığın, təhsilin, sosial səfərbərliyin möhkəmlədilməsi, yaşıl iqtisadiyyat və investisiya bumu. Baş nazir xatırladıb ki, milli bərpa planı ötən ilin noyabrında təqdim olunub, onun strateji istiqamətləri üzrə açıq məsləhətləşmələr olub və demək olar, Avropa Komissiyasının 80 görüşü baş tutub.
«Layihə artıq Avropa institutlarından fövqəladə tərifləyici şərhlər alıb və bizim ölkəmiz uyğun resursların gəlməsini sürətləndirmək üçün aprelə qədər (son müddət başa çatana qədər) yekun planı təqdim edəcək birincilərdən olacaq» - Mitsotakis inandırmağa çalışıb.
Onun sözlərinə görə, hədəf ondan ibarətdir ki, yayın sonuna qədər ödənişlər alınsın və Nazirlər Soveti tərəfindən təsdiqlənən plan parlamentdə müzakirə edilsin, sonra isə yekun formada Brüsselə təqdim olunacaq.
Ancaq təcrübə göstərir ki, Yunanıstan hökuməti daxili auditoriyaya hesablanmış bu «şirin nağılı» danışsa da, gerçəkdə iqtisadiyyatın xilası barədə düşünmək əvəzinə, daha güclü Türkiyə ilə «tarixi ədavət» aparmaqla baş girləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-03-2021, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-03-2021, 08:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti