Atəşkəs pozulacaq, döyüşlər qızışacaq? - RUSİYA SURİYADAN SONRA LİVİYAYA DA QIRICILAR GÖNDƏRDİ
Rusiya Suriyanın ardınca Liviyaya da öz qırıcılarını göndərib. Bu da Suriyadan sonra Liviyada Türkiyə ilə Rusiyanın patronajlığı altında feldmarşal Haftarın ordusu ilə Liviya milli hökuməti arasında bağlanmış kövrək atəşkəsin tezliklə pozula biləcəyinə dair narahatlıqları artırıb.
Xatırladaq ki, Liviya münaqişəsində Rusiya qiyamçı feldmarşal Haftarın “Liviya Milli Ordusu”nu dəstəkləyir, Türkiyə isə BMT tərəfindən tanınan Liviya milli birlik hökumətinin tərəfindədir. Ötən ilin əvvəllərində Türkiyənin hərbi dəstəyi Haftarın paytaxt Tripolini tutmaq planlarını pozub, feldmarşalın qüvvələri ağır itkilər verəndən sonra atəşkəsə razılaşıb. Bu, Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrinin hərbi əməliyyatların gedişini dəyişdirməsindən sonra baş verib.
Rusiya mənbələri bildirir ki, Liviyaya, Haftarın ordusuna dəstək üçün azı 6 MiQ-29 qırıcısı göndərilib. Bu qırıcılardan azı 4-ü Həştərxandakı 116-cı aviabazanın silahlanmasına daxil olub. “Scramble” media-nəşri qalan iki qırıcının hansı hərbi hissəyə aid olduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Suriyaya özünün 4++ nəsil Su-34 qırıcı-bombardmançılarını (4 təyyarə) göndərmişdi. Təyyarələr daha sonra Suriyanın şimalında, Türkiyə ilə Rusiyanın razılaşdırdığı deeskalasiya zonasında Əsəd rejiminə müxalif qüvvələrin bazalarına dağıdıcı raket-bomba zərbələri endirmişdi. Bununla bağlı Türkiyə XİN Rusiyanın Ankaradakı səfirindən izahat tələb edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2021, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2021, 12:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti