Peyvənd seçimində problem: - Çinin rüşvətlə qeydə aldırdığı peyvənd…
"Müxtəlif ölkələrin rəsmiləri və tibb ekspertləri peyvənd seçimində qərar verməkdə çətinlik çəkirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Çinin koronavirusa qarşı "Sinovac” peyvəndi dünya bazarına çıxarılıb:
"Vaşinqton post” qəzeti Çinin koronavirusa qarşı "Sinovac” peyvəndi barədə geniş məqalə yayımlayıb. Peyvənd hazırda dünya bazarına çıxarılıb. Bu peyvənd ilk dəfə hələ 2003-cü ildə SARS-a qarşı mübarizədə sınaqdan keçirilib. Ancaq ABŞ dərgisi yazır ki, vaxtilə bu peyvəndin təsdiqi üçün peyvəndi istehsal edən şirkətin rəhbəri müvafiq strukturlara rüşvət verib. Rüşvət qalmaqalı peyvəndlə bağlı müzakirələri genişləndirib. Nyu York Universitetinin Tibb Mərkəzinin şöbəsinin müdiri Artur Kaplan deyib ki, şirkətin rüşvət tarixçəsinə sahib olması, peyvəndinə dair dərc olunmamış, araşdırılmayan məlumat iddiaları üzərində uzun bir şübhə kölgəsi yaradır. "Vaşinqton post” qəzeti iddia edir ki, 2016-cı il məhkəmə ifadəsində "Sinovac”ın qurucusu və icraçı direktoru Yin Veydonq peyvənd araşdırmalarına nəzarət edən tənzimləyici bir səlahiyyətli şəxsə və onun həyat yoldaşına 2002-2011-ci illərdə 83.000 dollardan çox rüşvət verib. Həmin rəsmi də rüşvətin müqabilində "Sinovac”ın peyvənd sertifikatlarını sürətləndirdiyini etiraf etib. Məhkəmənin hökmü ilə həmin çinli rəsmi 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib. Buna baxmayaraq, "Sinovac” peyvəndinin Braziliyadan tutmuş Türkiyə və İndoneziyaya qədər inkişaf etməkdə olan ölkələrə tədarükü başlayıb. Braziliyada, San Paulo şəhərinin qubernatoru Joao Doria bu peyvəndi ən etibarlı peyvənd adlandırıb. Bəzi məlumatlara görə, sınaqdan keçirilən bu peyvənd 97 faiz müsbət nəticə verib. Ona görə də bu peyvəndə maraq böyükdür. Çinin özündə isə "Sinovac” peyvəndi ikinci yerdədir, dövlətə məxsus "Sinopharm” peyvəndləri təcili istifadə proqramı çərçivəsində daha geniş tətbiq olunur. Can Sino və bir hərbi tədqiqat institutu tərəfindən hazırlanmış başqa bir Çin peyvəndi Çin ordusu tərəfindən təcili istifadə üçün təsdiq edilib”.
Politoloq qeyd edib ki, koronavirusun geniş miqyas aldığı ölkələrin peyvəndə ciddi ehtiyacı var:
"Qərb ölkələrində və Rusiyada tədricən peyvəndlənmə çalışmalarına başlanılıb. Ancaq peyvəndlərin tətbiqinin çətinlikləri də var. Sınaqdan keçirilən peyvəndlərin istehsal gücü hələ zəifdir. Ona görə də kütləvi peyvəndlənmə hələ mümkün deyil. Peyvəndlənmə ilk növbədə risk qruplarından başlanmalıdır. Digər tərəfdən istənilən sınaqdan keçirilən peyvəndin müsbət tarixçəsi olmalıdır. Yəni, elə olmamalıdır ki, ilkin mərhələdə sınaqdan uğurla keçən peyvəndin tətbiqi zamanı başqa problemlər üzə çıxsın. Çünki bu halda insanların həmin peyvəndə inamı azalacaq və peyvəndin kütləvi tətbiqi zəifləyəcək, bu isə koronavirusla mübarizədə yeni problemlər yaradacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 12:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29