Dövlət Dumasının sədr müavini kimi hədələyir: - “Bir rus sülhməramlısının burnu qanasa...”
Erməsitanın Baş naziri Nikol Paşinyan tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılması barədə bir müqavilə imzalamaq məcburiyyətində qaldı. Ermənistanda ona milli xain deyirlər və istefasını tələb edirlər. Bunlar, sırf erməni tərəfinin daxili hesablaşmaları və problemlərdir. Orada baş verənlər bizi xüsusi olaraq maraqlandırmır. Çünki bu ölkə istənilən variantda üzərinə götürdüyü öhdəliklərdən qaça bilməz.
Bir şeyi dəqiq bilirik ki, razılaşmada Qarabağın hansısa statusa malik olacağı qeyd olunmayıb. Bu, o deməkdir ki, Qarabağ Azərbaycanın o birilər kimi sadə bir bölgəsinə çevrilir. Təbii ki, Ermənistan ordusu ölkəmizin əvvəllər işğal olunmuş bütün ərazilərindən çıxarılır. Bunun əksini iddia edən erməni siyasətçilərinin fərziyyələrini dinləməyə dəyməz. Bu ölkə müharibədəki məğlubiyyətinin şərtlərinə hansısa şəkildə dəyişiklik etmək imkanını itirdi.
Münaqişəyə yalnız üç tərəfin təsiri var - Azərbaycan, Rusiya, Türkiyə. Ölkəmiz Rusiya Federasiyasının mühüm rolunu vurğulayır, bu ölkəyə Ermənistana açıq hərbi dəstək verməkdən çəkindiyi üçün təşəkkür edir. Və başa düşürük ki, hər şeyin bir qiyməti var. Bu vəziyyətdə, qiymət Bakı və Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərinə təsir göstərən bir tərəf kimi Rusiya Federasiyasının rolunu gücləndirmək üçün verdiyi razılıqdır. Ancaq bu fonda müəyyən rus siyasətçilərinin və diplomatlarının mövqeyi ən azından təəccüblü görünür. Məsələn, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, hələ də Qarabağdakı münaqişənin hərbi yolla həll olunmadığını deyən Mariya Zaxarova. Onun sözlərinə görə, Moskva Ankaranın münaqişənin həlli ilə bağlı nöqteyi-nəzərini bölüşmür.
Başqa sözlə, erməni ordusu və əhalisi Şuşa, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıldan və əvvəllər işğal edilmiş və indi azad edilmiş 300-dən çox Azərbaycan kəndindən, M.Zaxarovanın məntiqinə görə, az qala musiqi və alqış sədaları altında dinc yolla getdilər. Aydındır ki, bu, belə deyil və xanım Zaxarova sadəcə reallığın əksini sübut etməyə çalışır.
Ermənistan Respublikasının Baş naziri tərəfindən sazişin imzalanması faktının özü Azərbaycan dövlətinin başçısının Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlarının düzgünlüyünün sübutudur. Keçən il Ermənistan üçün daha əlverişli şərtlərlə sülh müqaviləsi imzalaya biləcəyini iddia edən Paşinyan özü bunu artıq qəbul edib. Ancaq gördüyümüz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi inadla qatığın qara olduğunu sübut etməyə çalışır.
Maraqlıdır ki, Rusiya Federasiyasından belə bəyanatlar təkcə onun ifasında deyil, digər şəxslərin də heyrətamiz çıxışlarında eşidilir. Məsələn, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy: “Əsas odur ki, insanların ölümünü dayandıraq. Bunlar müstəqil respublikalarda yaşayan və Rusiya Federasiyası Prezidentini dinləyən vətəndaşlarımızdır. Məhz onun nüfuzu sayəsində qan tökülməsi dayandı. Dağlıq Qarabağda cəmi 40 gündə ölənlərin sayı 10 ildə Əfqanıstandakı ölümlərin sayını keçib. İndi müharibə türkiyəli məsləhətçilərin iştirakı olmadan dayandırılır. Yalnız Rusiya və sülhməramlılarımız bu qarşıdurmanı dayandıra və Qarabağı tam məhv olmaqdan qurtara bildilər. Bir rus sülhməramlısının həyatını təhdid edən hər kəs Saakaşvilinin yuxusunda belə, görmədiyi cavabı alacaq. Yəni, sonuncu dəfə biz Tiflisi almadıq, ancaq bu dəfə hər şey keçən dəfə olduğundan daha ciddi olacaq. Rusiya öz dostlarını narahat buraxmayacaq”.
Ukraynanın şərqindəki müharibə və Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinə dair mövqeyinə görə, Ukraynanın sanksiya siyahısına daxil etdiyi bu cənabın qənaətləri daha ətraflı şərh tələb edir. Başlamaq üçün onun hansı “müstəqil respublikalarda yaşayan vətəndaşlarımızdan” danışdığını anlamaq istərdim. Tolstoy özü konkretləşdirmədi, lakin bütün çıxışının Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu nəzərə alaraq, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilərə eyham vurduğunu düşünmək olar. Hansı ki, bu fikrin özü artıq bir təxribatdır.
Təəsüf ki, onun çıxışındakı təxribatlar təkcə bu ifadə ilə bitmir. Dağlıq Qarabağda ölənlərin sayı, Tolstoyun iddiasının əksinə olaraq, Əfqanıstanda 10 ildə ölənlərin sayını keçməyib. Ona xatırlatmalıyam ki, 25 dekabr 1979-cu ildən 15 fevral 1989-cu ilədək Əfqanıstanda SSRİ qoşunları olduğu müddtədə öldürülənlərin ümumi sayı 15051 (on beş min) nəfər idi, bunlardan 14427-si SSRİ Silahlı Qüvvələrinin döyüşdə aldığı xəsarətlər nəticəsində ölən hərbçiləri idi, qalanları isə qəza və xəstəliklər səsbindən ölənlər. Əfqanıstan Demokratik Respublikasının Silahlı Qüvvələrindəki itkilər barədə dəqiq məlumatlar isə məlum deyil. A.A.Lyaxovskinin dediyinə görə, 1979-1988-ci illər arasında onlardan: 26595 nəfər ölüb, 28002 nəfər itkin düşüb. Yəni, P.Tolstoy ya qaldırmağa qərar verdiyi mövzuda “üzür”, ya da bilərəkdən yalan danışır.
Hər halda, Fransanın “Le Monde” qəzetinin Moskva bürosunda işləməyi bacaran Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq şöbəsinin məzunu və “Frans Press” Agentliyinin Moskva bürosunun keçmiş müxbiri üçün faktlarla bu cür davranmaq qəbuledilməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi ilə müqayisə etmək cəhdinin özü də yolverilməzdir. Rusiyada birinci və ikinci Çeçenistan müharibələrinin qurbanları haqqında P.Tolstoydan rəqəmlər eşitmək daha doğru olardı. Bildiyiniz kimi, Rusiya Federasiyası Çeçenistanda Konstitusiyanı bərpa edərək, separatizmlə mübarizə apardı. Qroznı bombardmanına qədər çox sərt mübarizə getdi. Tolstoy da bunları bilməmiş deyil.
Unudubsa, ona bəzi rəqəmləri xatırladaq. Çeçenistandakı birinci və ikinci hərbi yürüş illərində 160 min nəfər insan öldü. Bu barədə Çeçenistan Dövlət Şurasının o zamankı rəhbəri Taus Cəbrayılov, hələ 2005-ci ildə elan etmişdi. “Təxminlərimizə görə, Çeçenistanda birinci və ikinci kampaniyalarda, təxminən 150-160 min nəfər həlak”, - o demişdi. Gördüyünüz kimi, Tolstoy yenə də, yumşaq desək, səhv edir.
Müharibənin türk müşavirlərinin iştirakı olmadan dayandırıldığı və bu münaqişəni yalnız Rusiya və sülhməramlılarının dayandıra biləcəyi iddiası da həqiqətə uyğun deyil. Qarşıdurmanın ilk günündən Türkiyə Qarabağdakı münaqişə tərəflərindən biri olan Azərbaycanı açıq şəkildə hər səviyyədə dəstəklədi.
“Türkiyə ilə Rusiya bu səhər Qarabağdakı atəşkəsə nəzarət mərkəzi haqqında bir müqavilə imzaladılar. Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq. Bu mərkəz Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün bütün tədbirləri görəcək. Bugünkü açıqlamanın məqamlarından biri də Rusiya ilə Türkiyənin ortaq sülhməramlı missiyasıdır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans formatında görüşü zamanı söylədi. Əgər o zaman P.Tolstoy yatmışdısa və sonra bu videokonfransı izləmək üçün balaca əziyyət də çəkmək istəmədisə, bu, yalnız onun şəxsi problemləridir.
Yalnız yalan danışmaq yaxşı deyil. Tolstoyun yalan danışması da açıq bir həqiqətdir. “Türk hərbçiləri prosesləri Rusiya ilə eyni əsasda müşahidə etmək və izləmək məqsədi ilə Qarabağda fəaliyyət göstərəcəklər” – bu da Türkiyə Prezidenti Ərdoğanın sözləridir. Ümid edirəm, ən azı Türkiyə Prezidentinin bu açıqlamasından sonra cənab Tolstoy sakitləşəcək və həqiqətə uyğun gəlməyən fikirlər səsləndirməyəcək.
Və son məqam. Cənab Tolstoy, dəqiq ünvan göstərmədən yenə də açıq təhdidlərə üz tutdu. “Rusiya 1” telekanalının efirində Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini dedi ki: “Bir rus sülhməramlısının həyatını təhdid edən hər kəs Saakaşvilinin yuxusunda belə, görmədiyi bir cavab alacaq. Yəni, sonuncu dəfə biz Tiflisi almadıq, ancaq bu dəfə hər şey keçən dəfə olduğundan daha ciddi olacaq. Rusiya dostlarını problemlər qarşısında tək qoymayacaq”.
Yəni, 2008-ci ilin avqust ayında Gürcüstanda olduğu kimi, indi də Rusiya hərbi müdaxilə ilə hədələyir. Orada bölgədəki sülhməramlı qüvvələr adı ilə outran Rusiya, bir müddətdən sonra yalnız siyasi baxımdan deyil, həm də Cənubi Osetiya separatçılarına hərbi dəstək verən bir dövlətə çevrildi.
Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri, Rusiya Federasiyası Federal Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri tərəfindən bu cür çıxışlar qəbuledilməz, təxribat xarakterlidir və qınaq tələb edir. Çünki bunlar bir təhdid kimi səslənir və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bitərəf statusunu şübhə altına alır. Əlbəttə ki, P.Tolstoy bütün Rusiya demək deyil və ölkəsinin rəsmi mövqeyini səsləndirmir. Ancaq heç kimin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının vacib rolunu şübhə altına almadığı anda, bu cür təhdid və yalan bəyanatlar yaymaq ağılsız və yersizdir.
Müəllif: Əkbər Həsənov \\ayna.az\\
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |