Paşinyan daha erməniləri Qarabağda saxlaya bilmir - Ermənilərin BÖYÜK KÖÇÜ başlayıb...
Ermənistan tərəfi artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Çünki bundan əvvəl açıqlanan və mümkün qədər kiçildilən rəqəmlər ölkədə böyük narazılığa səbəb olub. Paşinyan hakimiyyəti xalqın qəzəbindən qorxduğu üçün real rəqəmləri açıqlamır. Qarabağdakı qondarma rejim daxilində də xaos hökm sürür. Separatçıların “lideri” Araik Arutyunyanın sağ olub-olmadığı bilinmir, keçmiş müdafiə nazirinin taleyindən də xəbər yoxdur, müdafiə nazirinin müavini isə məhv edilib.
“Yüksək vəzifəli” ermənilər vaxt itirmədən Qarabağdan qaçırlar. Erməniləri kütləvi şəkildə Ermənistana yollayan qondarma rejimin də Yerevana qaçdığı iddia edilir. Xankəndindəki ermənilərin böyük əksəriyyəti şəhəri tərk ediblər. Qalan üç-beş erməni isə bomba sığınacaqlarından başlarını çıxartmır. Yaranmış xaosda erməni tərəfi yalnız feyk xəbərlər yaymaqla məşğuldur. Ancaq proses o qədər qarışıq hal alıb ki, ermənilər öz feykləri arasında çaş-baş qalıblar.
Düşmənin rəzil durumunu “Şərq”ə təhlil edən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov hesab edir ki, separatçıların Yerevana qaçması xəbəri dolayısı yolla bütövlükdə Qarabağdakı ermənilərin Ermənistana köçürülməsini təsdiqləyir. Çünki qondarma rejimin öldüsü-qaldısı bilinməyən “rəhbəri” Araik Arutyunyanın sosial şəbəkə hesabından paylaşılan məlumatda deyilir ki, Ermənistana köçürülən vətəndaşlara sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah yaradılıb.
O, Ermənistana köçürülən Qarabağ ermənilərini həmin operativ qərargaha müraciət etməyə çağırıb. Arutyunyanın çağırışı bir daha onu sübut edir ki, hazırda Qarabağda demək olar ki, mülki əhali qalmayıb.
Onların hamısı bu və ya digər üsullarla aradan çıxıblar. Ermənistan silahlı qüvvələrinin Şuşa-Laçın yolunu mülki əhalinin üzünə bağlaması da məhz onların bölgəni tərk etmələrinin, Ermənistana və ya başqa ölkələrə qaçmalarının qarşısını almaq məqsədi daşıyır”.
Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan Ordusu kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdikcə, məğlub və aciz ermənilər çıxış yolunu yalnız qaçmaqda görürlər:
“Paşinyan buna mane olmağa çalışır. Çünki Qarabağdakı ermənilərin taleyi baş naziri qətiyyən maraqlandırmır. Lakin geri çəkilməyi və qaçmağı “taktika” kimi təqdim edən erməniləri artıq heç kim Qarabağda saxlaya bilməz. Çünki Qarabağ de-yure yox, de-fakto Azərbaycanlaşır! Qarabağ öz tarixi sahibinə qayıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-11-2020, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-11-2020, 12:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11