Aktrisa Emi Dorris Trampı cinsi təcavüzdə günahlandırdı: “Güclü idi, əlindən qaça bilmədim”
Keçmiş model və aktrisa Emi Dorris ABŞ Prezidenti Donald Trampı cinsi təcavüzdə günahlandırıb. Hadisə 1997-ci ildə baş verib.
Bu haqda məlumatı “The Guardian” nəşri yayıb.
Dorris qəzetə söyləyib ki, 5 sentyabr 1997-ci il tarixində Nyu-Yorkda təşkil edilən ABŞ Açıq Tennis Çempionatında Donald Tramp özünün VIP lojasındakı tualetdə ona “girişib”.
Emi o zaman 24, Tramp isə 51 yaşında olub.
Dorrisin sözlərinə görə, Tramp onun bütün bədəninə toxunub və o qədər güclü tutub ki, qız qaça bilməyib.
Bir reportajda Dorris prezidentin hərəkətlərini osminoqla müqayisə edib.
“Onu məni buraxmağa məcbur edə bilməzdim. Bunu həmişə demişəm … sanki məni osminoq qucaqlamışdı. Başqa bir neçə insanın da oxşar şeylər söylədiyini bilirəm” deyib.
Nəşr qeyd edir ki, aktrisa hekayəsini tədbirin biletləri və Trampla şəkilləri ilə tamamlayıb və daha bir neçə nəfər də onun sözlərini təsdiqləyib.
Emi Dorris 2016-cı ildə bir neçə qadının son prezident seçkiləri ərəfəsində oxşar ittihamlar irəli sürdüyü hadisəni açıq şəkildə paylaşmağı düşündüyünü, ancaq ailəsinə zərər verə biləcəyindən qorxduğu üçün cəsarət etmədiyini söyləyib.
Bundan əvvəl, ən azı 20 qadın Trampı təcavüzdə günahlandırıb, halbuki bu günə qədər məhkəmədə heç bir iş araşdırılmayıb və ya sübut edilməyib.
Ən populyar işlərdən biri pornoqrafiya aktrisası Stormi Danielsin (əsl adı – Stephanie Clifford) işi idi. Bununla birlikdə, Nyu-York federal məhkəməsi ABŞ prezidenti Donald Trampa qarşı böhtan iddiasını rədd edib.
Tramp təqib və zina iddialarını rədd edib. Bununla birlikdə, 2016-cı il seçki kampaniyası əsnasında təsadüfən lentə düşən bir ifadəsi üçün üzr istəyib. O deyib ki, “ulduz” olduğu üçün qadınlar ona intim yerlərinə toxunulmasına icazə veriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2020, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2020, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti