NATO RUSİYA İLƏ “ÖZ DİLİNDƏ” DANIŞMAĞA BAŞLAYIB – Nüvə zərbələrinin məşqi həyata keçirilir
Rusiya Krımı və Donbası işğal etməklə, eləcədə Suriyada müharibəyə girişməklə, bir növ NATO ölkələrinə gövdə göstərmiş oldu. Təbii ki, Rusiya özünün güc nümayişini quru qoşunları və dəniz donanmasından daha çox hərbi təyyarələrdən istifadə etməklə həyata keçirib. Bu müddət ərzində Rusiya bombardmançıları və qırıcıları NATO ölkələrinin hava sərhədləri yaxınlığında çoxsaylı təhlükəli uçuşlar, manevrlər yerinə yetiriblər. Onlar hətta ağır bombardmançılarla ABŞ sərhədlərinə qədər gedib çıxıblar.
ABŞ-ın hərbi hava qüvvələri sarıdan böyük üstünlüyü olsa da, amerikalılar rusların təxribatlarına təmkinlə yanaşıblar. Ancaq görünür ki, indi Amerika yaxın müttəfiqləri ilə birilkdə Rusiyaya qarşı adekvat cavab hazırlayır. Böyük Britaniya sahillərində başlamış “Point Blank 20-4” kod adlı təlimlər buna bariz nümunədir. “AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Forbes” dərgisi “Point Blank 20-4”: NATO qırıcıları Rusiya bombardmançılarını vurmağı öyrəniblər” başlıqlı məqaləsində həmin hava təlimləri barəsində daha detallı məlumat verib. Məqalənin tərcüməsini təqdim edirik:
“Şimal dənizində hava döyüşü təlimləri keçirilib. Bu təlimlər zamanı şərti olaraq NATO güclərinə hücum edən Rusiya bombardmançılarının aşkarlanmsı və onların məhv edilməsi əməliyyatı həyata keçirilib. Böyük Britaniyanın şərq sahillərində “Point Blank 20-4” kod adlı hava təlimlərində ABŞ, Böyük Britaniya və Niderlanda məxsus 50-dən çox təyyarə əks-hücum həmlələrini məşq ediblər. ABŞ Hərbi Hava Qüvvələrindən (HHQ) verilən məlumata görə, imitasiya döyüşündə “F-15”, ”F-16”, ”F-35” və “Typhoon” qırıcıları, ”B-52” bombardmançıları və “KS-136” yanacaqdolduran təyyarələri iştirak ediblər. “B-52” bombardmançılarının iştirakı təlimlərin məqsədindən xəbər verir.
Təlimlərdə ABŞ HHQ-nın 48-ci qırıcı təyyarələr dəstəsi (Böyük Britaniyadakı Laykenxit aviabazasında yerləşdirilən “F-15C” qırıcıları və “F-15E” qırıcı-bombardmançıları), 510-cu və 555-ci qırıcı eskadrilyasının (İtaliyanın Aviano aviabazasında yerləşdirilmiş “F-16” qırıcıları) və ABŞ dəniz piyadaları korpusunun 211-ci qırıcı-hücum eskadrilyası (Arizona ştatının Yuma aviabazasına yerləşdirilmiş “F-35B” qırıcıları) iştirak edir. “KS-136” yanacaqdolduran təyyarələri Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus Milddenholl aviabazasında yerləşir. “F-16” qırıcıları Niderland HHQ tərkibindədir, ”Typhoon” isə Böyük Britaniya Kral HHQ-nə məxsusdur və bundan əlavə, Böyük Britaniya özünün “F-35” qırıcılarını da təlimlərə yollayıb. Təlimlərdə iştirak edən “B-52” bombardmançılarının haradan gəldikləri tamamilə aydındır. Britaniyadakı Ferford bazasına yerləşdirilmiş altı “B-52” bombardmançısı 22 avqustda ABŞ HHQ-nin Şimalı Dakota ştatındakı Maynot bazasından havalanaraq Arktika üzərindən gəliblər. Bundan altı gün sonra “B-52” təyyarələri yelpik şəklində NATO üzvü olan bütün 30 dövlətin üzərindən uçublar. İki gün ərzində onlar Qara dəniz və Ukrayna səması üzərində uçuş həyata keçirərək, Rusiya qırıcılarını özlərinə “cəlb etməklə” “RS-135” starteji kəşfiyyat təyyarəsinin köməyilə Rusiyanın radiolokasiya stansiyasını aşkarlmağa çalışıblar. Sentyabrın 7-də bombardmançılar düşmənin hərbi gəmilərini izləmək və batırmaq təliminə uyğun olaraq, cənuba istiqamətləniblər. Sonrakı gün iki “B-52” bombardmançısı Şimalı Afrika üzərində Tunis HHQ-nin “F-5” qırıcıları ilə müştərək təlim uçuşları həyata keçiriblər. Bundan sonra onlar geriyə - Ferford bazsına yollanıblar.
Hərbi təlimlər 10 sentyabrda başlayıb. Bəllidir ki, ”B-52” bombardmançılarının hava hədəflərinə qarşı fəaliyyət imkanları yoxdur, lakin onun böyük bomba yükü düşmənin yerüstü qüvvələrinə ciddi təhlükə yaradır.
Belə hesab etmək olar ki, bu hərbi təlimlər NATO qırıcılarının Rusiya bombardmançılarını aşkarlayıb vurmaları üçün hazırlıq əməliyyatıdır. “Point Blank 20-4” təlimləri heç də formal və ya şərti xarakterli təlimlər sayılmamalıdır. Son illər Rusiya bombardmançıları daha aqressiv olmağa başlayıblar və onlar tez-tez NATO ölkələrinin hava məkanını və müdafiə sistemini “yoxlamağa” çıxırlar.
NATO qırıcıları daim Rusiyadan gələn pozucuları izləyir və yaxalayır. ”Point Blank 20-4” təlimlərinin gedişində hərbçilər düşmənin bombardmançı təyyarələrini vurmağı məşq edirlər.
ABŞ HHQ 48-ci qırıcı dəstəsinin komandiri, polkovnik Jason Camilleti bu təlimləri belə xarakterizə edib: “Biz Britaniya və NATO-dakı həmkarlarımızla əlaqəli şəkildə fəaliyyət göstəririk və fəxr edirik ki, bizim kollektiv hərəkətimiz həmişə səmanın bizə məxsus olmasına təminat verir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2020, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-09-2020, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01