Vəlihəd şahzadənin öldürtmək istədiyi kəşfiyyatçı Kanadaya qaçıb - İki oğlu əsir götürülüb...
Britaniyanın MI6 kəşfiyyat xidmətiylə, o cümlədən, digər Qərb dövlətlərinin kəşfiyyat agentliklərinin Səudiyyə Ərəbistanındakı nümayəndələriylə əlaqələrini təmin edən yüksək rütbəli Səudiyyə rəsmisi Kanadaya qaçdıqdan sonra onu ailəsiylə təhdid etməyə başlayıblar.
Qərb ölkələrinin keçmiş kəşfiyyat işçilərinin dediyinə görə, məqsəd Səid əl-Cəbriyə "əzab verərək" geri qaytarmaqdır. Bir neçə il əvvəl Əl-Cəbri "Əl-Qaidə"nin terror planının aşkar olunmasına yardım edib. Üç il sonra vəliəhd şahzadə Məhəmməd ibn Salmanın mövqeləri güclənəndə Əl-Cəbrini aradan götürmək planı hazırlayıb və ardınca da o, Kanadaya qaçıb. O, ölkəni tərk etdikdən 3 ay sonra böyük oğlu Xalid "Əl-Cəbrinin oğullarının əsir götürüldüyünü" deyib: "Martın 16-da, şəfəq söküləndə 50 təhlükəsizlik xidməti işçisi 20 avtomobillə evimizə gedib, Ömər və Sarahı yataqlarından qaldıraraq qaçırıb aparıb".
Xidmətin əməkdaşları ailənin Ər-Riyaddakı mənzilində axtarış aparıblar, müşahidə kameralarının yaddaş kartlarını götürüblər. 21 yaşlı Ömər və 20 yaşlı Sarah həmin gündən həbs həyatı yaşayır və heç kimlə görüşmələrinə icazə verilmir. Bu günə qədər onlara qarşı hər hansı ittiham irəli sürülməyib, həbsin səbəbi barədə ailəyə heç bir açıqlama verilməyib. "Qardaşlarımın hələ sağ olub-olmadıqlarını da bilmirik", - atasıyla birlikdə yaşayan Xalid BBC-nin təhlükəsizlik müxbiri Frank Qardnerlə söhbətində deyib.
Xalid hesab edir ki, qardaşlarını atasına təzyiq məqsədilə - onu Səudiyyə Ərəbistanına qayıtmağa məcbur etmək üçün tutublar. Atası isə qayıdan kimi həbs olunacağına əmindir: "Onun haqqında hər şey uydura bilərlər, ancaq atam günahsızdır".
Səid əl-Cəbrinin ailə üzvlərinin və iş yoldaşlarının iddialarına münasibətlərini öyrənmək istədiyimiz Səudiyyə rəsmiləri BBC-nin suallarına cavab verməyiblər.
Səi əl-Cəbri kimdir?
2000-ci illərdə "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanındakı qruplaşmalarının böyük əksəriyyətini məhv etdiyi bildirilən şahzadə Məhəmməd ibn Nayefin sağ əli və mühafizəçisi olan Səid əl-Cəbri Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyanın birgə yaratdığı "5 göz" kəşfiyyat xidmətinin agentləriylə əlaqələrə də cavabdeh olub.
Əl-Cəbriylə birliktə çalışmış keçmiş Qərb kəşfiyyatçısı deyir ki, 2010-cu ildə, o, bir terror planını aşkara çıxarmaqla "yüzlərlə insanı ölümdən qurtarıb". Həmin hadisəylə bağlı məlumatda bildirilir ki, o vaxt "Əl-Qaidə"nin Yəməndəki üzvləri ABŞ-ın Çikaqo şəhərinə uçan bir karqo təyyarəsinə çox güclü partlayıcı qurğu yerləşdiriblər. Ancaq təşkilatın Səudiyyə kəşfiyyatıyla əməkdaşlıq edən üzvlərindən biri bombanın seriya nömrəsinə qədər bir çox informasiyanı MI6 xidmətinə sızdırıb.
Britaniyanın terrorla mübarizə polisi East Midlands adına hava limanında bombanı zərərsizləşdirib. Keçmiş kəşfiyyatçı deyir ki, "Əgər bomba planlaşdırıldığı kimi Çikaqoda partlasaydı, yüzlərlə insan ölə bilərdi".
Başqa bir keşmiş kəşfiyyatçının sözlərinə görə, "Əl-Cəbri Səudiyyə Ərəbistanının terrorla mübarizə fəailiyyətini gücləndirən şəxs" olub: "Səudiyyə Ərəbistanında əməkdaşlıq etməyə çalışdığımız bir çox qabiliyyətsiz adam arasında Əl-Cəbri ən ağıllısıydı". Edinburg Universitetində süni intellekt mövzusunda doktorluq işi müdafiə edən Əl-Cəbri nazir vəzifəsinə qədər yüksəlib, Daxili İşlər Nazirliyində ona general-mayor rütbəsi veriblər. Ancaq 2015-ci ildə vəziyyət dəyişib. Kral Abdulla vəfat edib, onun yerinə keçən qardaşı Salman o vaxta qədər hər hansı ciddi vəzifədə çalışmamış oğlu Məhəmməd ibn Salmanı müdafiə naziri təyin edib.
Ardınca Məhəmməd Səudiyyə hərbi qüvvələrini Yəməndəki müharibədə iştiraka yönəldib. Əl-Cəbri qərarda "geri çəkilmə strategiyasının aydın olmadığını" deyərək buna etiraz edib. O vaxtdan 5 il keçməsin baxmayaraq Səudiyyə Ərəbistanı ölkəyə çox baha başa gələn müharibədən çıxmaq üçün hələ də strategiya müəyyənləşdirə bilməyib.
2017-ci ildə Məhəmməd ibn Salman atasının razılığıyla sarayda qansız çevriliş həyata keçirərək "vəliəhd şahzadə" titulunu şahzadə Məhəmməd ibn Nayefin əlindən alıb. Hazırda İbn Nayef həbsdədir, bütün varidatı müsadirə olunub, komandasının bütün üzvləri vəzifələrindən kənarlaşdırılıb.
Əl-Cəbri elə o vaxtdan Kanadada yaşayır. Ancaq keçmiş Qərb kəşfiyyatçılarından biri deyir ki, Məhəmməd ibn Salman onu hələ də öz avtoritetinə təhlükə olaraq görür: "Əl-Cəbri hər an hərəkətə keçməyə hazır olan bir gücdür, İbn Salman onun sərbəst gəzib-dolaşmasına göz yuma bilməz".
Xalid deyir ki, ailəsi Səudiyyə rəsmiləriylə neytral bir bölgədə görüşməyə cəhd edib, ancaq heç bir nəticə əldə edə bilmədiyi üçün baş verənləri ictimaiyyətə açıqlamaq qərarına gəlib: "Atama qarşı böyük təhdidlər hazırlanmasıyla bağlı məlumatlar var və Kanada hökuməti buna çox ciddi yanaşır. Bizi buna məcbur etdilər. Biz vətənpərvər insanlarıq, ölkəmizi sevirik. Səudiyyə Ərəbistanını utandırmaq istəmirik. Ancaq Ömər və Sarahın bu şəkildə qaçırılması dövlətin günün günorta çağı quldurluq etməsi deməkdir". (virtualaz.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2020, 21:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-05-2020, 21:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01