ABŞ-dakı malikanələrini satışa çıxardı, özü satacaq
Tesla və SpaceX-in rəhbəri özü şəxsən, rieltorların iştirakı olmadan, 9,5 milyon və 30 milyon dollar dəyərində olan obyektlərinin satışını həyata keçirir
Amerikanın "Zillow" onlayn daşınmaz əmlak bazasında sahibkar İlon Maska məxsus iki evin satışa çıxarıldığı haqqında reklam peyda olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İddialara görə, Tesla və SpaceX-in rəhbəri özü şəxsən, rieltorların iştirakı olmadan, 9,5 milyon və 30 milyon dollar dəyərində olan obyektlərin satışını həyata keçirir. Hər iki imarət ABŞ-da, Los-Ancelesin sərhədləri daxilində yerləşir. Evlərdən daha ucuz olanı əvvəllər Hollivud aktyoru Cina Uaylderə məxsus olub. 30 milyonluq dəyəri olan malikanənin ərazisində isə tennis kortu, hovuz və meyvə bağı var. Evin pəncərələrindən okean mənzərələri açılır.
BBC-nin qeyd etdiyi kimi, rieltorlar "nə baş verdiyini anlamırlar". Bəziləri hesab edirlər ki, bu reklam real deyil, ola bilsin, Zillow-nun saytını hakerlər dağıdıb və ora Maskın malikanələrinin satışı barədə məlumat yerləşdiriblər.
Mask özü mayın 1-də "Twitter"-də bütün əmlakından xilas olmaq niyyəti barədə məlumat vermişdi. Eyni zamanda bildirmişdi ki, Tesla səhmlərinin çox bahalı olduğunu düşünür. Bu bəyanatdan sonra səhmlər 7,1 faiz enərək 711,5 ABŞ dollarına düşüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-05-2020, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-05-2020, 08:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01