Koronovirusu Baş nazirin şəxsən özü yayıb – Mətbuat xəstə Boris Consonu “divara dirəyib”
Britaniyanın məşhir “Guardian” qəzetinin yazdığına görə, ölkənin baş naziri Boris Conson öz hökumətinin ictimaiyyətə verdiyi tövsiyələrə baxmayaraq koronavirusa yoluxduğuna görə kəskin tənqid olunur.
Vəziyyəti xüsusilə mürəkkəbləşdirən budur ki, Consonla yanaşı virusla mübarizə cəbhəsinin digər iki əsas lideri – səhiyyə naziri Mat Hankok və hökumətin baş səhiyyə müşaviri, professor Kris Vuayti də virusa yoluxduqlarını bəyan ediblər. Bundan əvvəl Britaniyanın vəliəhd şahzadəsi Çarlzın və səhiyyə nazirinin müavini Nadine Dorriesin koronavirusa yoluxduqları xəbər verilib. Xəstələnənlərin arasında hökumətin Avropa İttifaqı ilə baş danışıqçısı David Frost da var.
Boris Conson bundan əvvəl də ölkədə COVID-19 virusunun yayılmasına göstərdiyi ləng reaksiyaya və məsuliyyətysiz davranışına görə tənqid olunurdu. Lakin indi onu konkret olaraq şəxsi sağlamlağına laqeyd münasibətə görə tənqid edirlər.
Jurnalistlər diqqəti Consonun başqaları ilə təhlükəsiz məsafə saxlamadığına və üstəlik parlament debatlarına qatılmasına və beləliklə də hökumət və siyasətçilər arasında virusun yayıcısına çevrilə biləcəyinə diqqət çəkirdilər.
Martın 27-də Boris Conson qaldığı hökumət mənzilindən videomüraciət edib və bildirib ki, fəaliyyətini özünütəcrid şəraitində davam etdirir və ondan və hökumətdən narahat olmağa dəyməz. Lakin London Universitet Kollecinin davranış dəyişiklikləri mərkəzinin direktoru Susan Miçiye deyib: “Rəhbər vəzifə tutanlar oxuduqları moizələrə əməl etməlidirlər. Əgər liderlər öz tövsiyələrinə əməl etmirlərsə, özlərinə olan etimada ziyan vururlar. Bu isə əhalinin onların tövsiyələrinə əməl etməsini təsirləndirir. Tövsiyə isə belə idi ki, zəruri olmadıqda işə getməyin, evdən işləyin”.
Xanım Miçiye bildirib ki, baş nazirlə səhiyyə nazirinin virusa yoluxması şəxsən onu təəccübləndirməyib.
İngiltərə İctimai Sağlamlıq İdarəsinin direktoru professor Con Aşton deyib ki, hökumət başçıları infeksiyanın yayılmasına hökumət olaraq necə reaksiya veriblərsə, fərd olaraq da elə reaksiya veriblər.
Britaniya hökumətinin binası eyni zamanda həm də baş nazirin evi sayılır. Lakin Boris Conson millət vəkili kimi parlamentə də gedirdi. Orada hər çərşənbə axşamı “Baş nazirə suallar” adlı debatlar keçirilir.
Özünütəcriddə olduğu günlərdə xörəklər Consonun evinə gətiriləcək. Möcvud qaydalara görə yeməkləri gətirən şəxs onu qapının qarşısında qoyub gedir.
Baş nazirin sözçüsü Boris Consonun hamilə nişanlısı Karye Saymondsun da hazırda harada olması barədə suala cavab verməyib. Tövsiyələrə görə indi o da azı 14 gün müddətində özünü ətrafdan təcrid etməlidir.
Martın 27-ə olan məlumata görə Britaniyada virusa yoluxanların sayı 14,543-ə, ölənlərin sayı 759-a çatıb. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2020, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-03-2020, 13:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01