Əfqanıstanda qəzaya uğramış təyyarə orduya məxsus olub - YENİLƏNİB
Əfqanıstanda qəzaya uğramış təyyarə Əfqanıstan ordusuna məxsus olub.
regionxeberlericom.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə mənbə məlumat verib.
Bildirilib ki, hələlik sərnişinlərin aqibəti barədə məlumat yoxdur.
Herat Hava Limanındakı səlahiyyətlilər təyyarənin “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus olduğunu və göyərtəsində 110 nəfərin olduğunu, Heratdan Hindistanın paytaxtı Dehliyə uçduğunu bildirib.
Öz növbəsində, aviaşirkətin icraçı direktoru Mirvays Mirzakval “Ariana Afghan Airlines” təyyarəsinin qəzaya uğraması barədə məlumatı təkzib edib.
***14:31
Əfqanıstan Hava Yollarına (Ariana Afghan Airlines) məxsus təyyarə ölkənin şərqindəki Qəzni vilayətində qəzaya uğrayıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, vali nümayəndəsi təyyarənin Dih Yak mahalında qəzaya uğradığını qeyd edib.
İlkin məlumatlara görə, sərnişin təyyarəsinin göyərtəsində 83 nəfər olub.
Təyyarənin "Taliban" silahlıları tərəfindən idarə olunan ərazidə qəzaya uğradığı bildirilir. Qəza yerinə yerli xüsusi təyinatlı dəstənin əməkdaşları göndərilib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2020, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2020, 15:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti