ÇİNDƏ QORXUNC MƏNZƏRƏ - Koronavirus insanları küçənin ortasında öldürür... + FOTOLAR
Çinin Vuhan şəhərindən dünyaya yayılmağa başlayan və 2029-nCOV kod adı verilən koronovirusla bağlı vəziyyət getdikcə dramatik xarakter alır. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, həmin şəhərdə virusdan ölənlərin sayı onlarla ölçülür. Çin mediası ölənlərdə yarısından çoxunun yaşının 80-dən çox olduğunu bildirir.
Ölüm hallarının çoxu Vuhan şəhərinin aid olduğu Hubei bölgəsində baş verdiyi bildirilir. Çin hakimiyyəti həmin bölgəyə giriş-çıxışı bağlayıb. İngiltərənin “The Daily Star” qəzeti sosial şəbəkələrə əsasən Vuhan şəhərində virusdan küçənin ortasında yıxılıb ölən, yaxud huşunu itirən insanların fotolarını yayıb. Onların ətrafında maskalı səhiyyə işçiləri qorxu içində gözləyir.
Yanvarın 22-də Cenevrədə fövqəladə toplantı keçirən Ümumdünya Səhiyyə Təşkilatı virusun Çinin xaricində çox az ölkəyə yayılmasını əsas gətirərək dünya miqyasında fövqəladə vəziyyət-epidemiya elan edilməsinə hələ əsas olmadığı qənaətinə gəlib. Lakin təşkilatın rəhbəri Tedros Adbanolm bildirib ki, qlobal epidemiya təhlükəsi qalır və bunun qarşısını almaq üçün ölkələrin koordinasiyalı fəaliyyət göstərməsi lazımdır.
Xəbər verildiyi kimi Çin alimləri koronovirusun yarasa şorbasından insanlara keçə biləcəyini ehtimal edir. Çünki Vuhan şəhərində yarasa şorbası geniş istifadə olunur. “The Mirror” qəzeti Vuhanda yarasalar da daxil olmaqla çoxsaylı vəhşi heyvan ətinin satıldığı bazarın fotolarını dərc edib. Qəzet virusun məhz bu bazardan yayılmağa başladığını təxmin edir. Şəhərin mərkəzində yerləşən bazar artıq bağlanıb, bağlanmazdan əvvəl isə orada yarasalar, canlı koalalar, ilanlar, canavar balalarının və s. satıldığı görünür. Bazarda timsahdan tülküyə qədər 112 vəhşi heyvanın satışı aparılırmış.
Koronaviruslar heyvanlar arasında yayılan virus növüdür. Nadir hallarda heyvanlardan insana keçə bilir. Koronavirusa yoluxmanın əlamətləri adi qrip və soyuqdəymənin əlamətlərini xatırladır-burun axması, öskürək, boğaz ağrısı, baş ağrısı, bir neçə gün davam edə biləcək qızdırma, qarın ağrısı. İmmun sistemi zəif olanlarda bu virus tezliklə pnevmoniyaya səbəb olur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-01-2020, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-01-2020, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11