“Rejim üçün çox pis həftədir...” - PENTAQON RƏHBƏRİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK MÜŞAVİRİ İRANDAKI VƏZİYYƏT HAQDA
ABŞ administrasiyası bazar günü İranda etiraz səslərini ucaldan insanlara dəstək verdiyini bir daha göstərməyə çalışıb. Bu, Tehranın əvvəlcə Ukrayna sərnişin təyyarəsinin İran tərəfindən vurulduğunu inkar etməsi, daha sonra isə etiraf etməyə məcbur olduğu şəraitdə baş verib.
ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Tehran küçələrindəki etiraz nümayişləri İran xalqının daha hesabatlı hökumətin olmasını istədiyini nümayiş etdirir. “Siz iranlıların ayağa qalxıb, öz hüquqlarını tələb etdiyini, daha effektiv hökumət, fərqli rejim istədiyini gördünüz” -deyə, Esper bildirib.
Pentaqon rəhbəri bazar günü ABŞ-ın iki tele kanalına müsahibə verib. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayan daha üç tele kanala müsahibələr verib.
O`Brayanın bildirdiyinə görə, ABŞ hazırkı məqama Amerikanın iqtisadi sanksiyalarının nəticəsində ölkənin olaraq əsas gəlir mənbəyi olan neft ixracatından demək olar məhrum olduqlarına görə onsuz da gərginlik keçirən İran liderlərinə təzyiqin artırılması üçün bir imkan kimi baxırlar.
“Fikrimcə, rejim üçün çox pis bir həftədir. Bu rejim hələ də maksimum təzyiqdən düzələ bilməyib, onlar hələ də yaranmış vəziyyətdə səriştəsizlilıklərindən özlərinə gələ bilməyiblər və İranlılar da bundan təngə gəliblər”, Robert O`Brayan bildirib.
Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri rejim dəyişikliyinin ABŞ-ın siyasəti olmadığını əlavə edib. “Ümid edirəm ki, hansısa məqamda İran xalqının öz hökumətini seçməsi və seçdikləri liderlərin hakimiyyəti altında olması imkanı yaranacaq” – deyə, O`Brayan bildirib.
Xatırladaq ki, bazar günü İranın bir sıra şəhərlərində etirazların ikinci dalğası başlayıb. Tehranda küçələrə çıxan tələbələr və onlara dəstək verən fəallar hakimiyyətin istefasını, SEPAH rəhbərliyinin cəzalandırılmasını tələb ediblər. Onlarla etirazçı saxlanılıb, Tehran küçələrinə təhlükəsizlik qüvvələri yerləşdirilib.
Müdafiə naziri Esper Amerika telekanallarına müsahibəsində yaranmış vəziyyətdən danışarkən İranın təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini düzgün addım adlandırıb. “Mənə bunun bədbəxt hadisə olduğuna dair hiss var idi”, deyə o bildirib. “İran rəsmiləri əvvəlcə Amerika təbliğatı haqda danışırdılar, lakin sonda onlar günahı boyunlarına alaraq, düzgün hərəkət ediblər”, Esper qeyd edib.
Ukrayna təyyarəsinin vurulması təyyarədə olan bütün 176 sərnişin və ekipaj üzvünün həlak olması ilə nəticələnib. Sərnişinlərin böyük əksəriyyəti İran və Kanada vətəndaşları olublar. İran əvvəlcə təyyarənin texniki səbəblərdən qəzaya uğradığını iddia edib, daha sonra təyyarənin səhvən raketlə vurulduğunu etiraf etməli olub.//Virtualaz.org//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2020, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2020, 10:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11