Yaxın Şərqdə 54 min əsgər silahını İrana tuşlayıb - DƏMİR HƏLQƏ
Hazırda dünyanın diqqəti ABŞ-İran qarşıdurmasına yönəlib. Prosesin açıq və irimiqyaslı müharibəyə keçmə ehtimalından narahatlıqlar da var. Bəs tərəflərin hərbi güc balansı hansı səviyyədədir? Bölgədə iki dövlətin hərbi imkanlarını necə müqayisə etmək olar?
AYNA Türkiyə mətbuatına istinadən, Yaxın Şərqdə ABŞ və İranın hərbi potensialının müqayisəli göstəricilərini təqdim edir:
Əvvəlcə ABŞ-dan başlayaq
"Soyuq müharibə"nin bitməsinin ardından, 1991-ci ildə Birinci Körfəz Müharibəsindən bu yana Yaxın Şərqdə geniş hərbi gücə malik olan ABŞ-ın bir çox ölkədə nəhəng hərbi bazaları yarandı. Rəsmi məlumata görə, Yaxın Şərqin 11 ölkəsində - Qətər, Bahreyn, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail, Suriya, İordaniya, İraq və Ommanda 54 minə yaxın ABŞ əsgəri xidmət göstərir.
Qətərdə 2 hərbi baza və ümumilikdə 13 min əsgəri var. Əl-Udeyd bazasından başqa, Qətərdə Əs-Səyliyə düşərgəsi adlanan yerdə mühafizə edilən başqa baza da yerləşir. Əl-Udeyd hərbi bazasında hava qüvvələrinə məxsus 10 mindən artıq əsgər var.
Bahreyndə ən böyük dəniz qüvvələri sayılan 5-ci Donanmaya sahib ABŞ ordusu, həm də bu ölkədəki Şeyx İsa hava bazası ilə Muharrak hava bazasını saxlayır. Orada 7 mindən çox amerikalı əsgər xidmət edir. Əməliyyatlar sırasında donanma 2,5 milyon kvadratkilometrlik su sahəsini əhatə edir.
ABŞ 1991-ci ildən Küveytdə Müdafiə Əməkdaşlığı Anlaşmasını tətbiq edir. Bu sahədə Küveyt “NATO xaricində ABŞ müttəfiqi” statusuna malik olduğundan ABŞ bu ölkədə rahatlıqla əsgərini saxlaya bilir. Küveytdə Arifcan düşərgəsi, Əli əl-Səlam və Əhməd əl-Cabir hərbi hava bazaları, Buehring düşərgəsi ilə Vətənsevər düşərgəsindəki əsgərlərin, ümümilikdə sayı 15 mindən çoxdur.
Ommanda yerləşən RAFO Masirah, RAFO Thumrait, Əl-Musənnə hava bazalarındakı əsgərlərin sayı isə dəqiq bilinmir. Bu ölkənin Dukm və Salalah limanları da ABŞ donanması tərəfindən aktiv şəkildə istifadə olunur.
Səudiyyə Ərəbistanında Ər-Riyadın yaxınlığında yerləşən "İskan kəndi" deyilən bölgədə Beynəlxalq Modernləşdirmə Proqramı və ABŞ-ın Ərəbistandakı Hərbi Tədris Missiyası kimi layihələri davam edir. Bu layihədə 3 min amerikalı əsgər iştirak edir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ-ın bu ölkə ilə anlaşmasına əsasən, 5 minə yaxın əsgəri var. BƏƏ rəsmi Vaşinqtonla yaxın münasibətlər qurub və ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına da dəstək verir. Ez Zurfa hərbi hava bazasında 3800 əsgər var və bu baza 2017-ci ilə qədər məlum deyildi. ABŞ donanması BƏƏ-dəki Cəbəl Əli limanından istifadə edir.
İraqda ABŞ-ın 9 hərbi bazası və 5 min əsgəri var. Hələ 2003-cü ildə Səddam Hüseyn rejimini devirmək üçün ölkəyə gələn ABŞ-ın İraqda 9 hərbi bazası vardı. 2011-ci ildən ABŞ bu ölkədən çəkildiyini bəyan etsə də, bölgədə hərbi bazalarını gücləndirdi. ABŞ-ın Beynəlxalq Bağdad Aeroportundakı "Victory" hərbi bazasından başqa, Taci bölgəsində də təlim-tədris əhəmiyyətli "Taci" hərbi bazası var. İraqın Əmbar adlı ərazisində Habaniyyə və Aynül Əsəd adlı iki hərbi bazası da aşkar olunub. İŞİD hücumlarından sonra ABŞ 2014-cü ildən etibarən bu məntəqələri gücləndirib. Amerikalı əsgərlər, həmçinin Səlahəddin vilayətindəki Bələd hava bazasını da istifadə edir. İraqı işğal edən ABŞ-ın Kərkükdəki K1 hərbi bazası ilə yanaşı ölkənin ikinci böyük şəhəri olan Mosulda da Kayarra hərbi bazası var.
Suriyanın Ərbil şəhərindəki "Harir" bazası da ABŞ-in nəzarətindədir. Beynəlxalq Ərbil Aeroportunda da ABŞ-ın bir hərbi bazası var. Qeyd edək ki, "Harir" hərbi bazası İraqın qərbində Suriya sərhədinə ən yaxın məntəqə sayılır. Amerikanın Suriyada PKK/PYD terror qrupunu nəzarətdə saxlamaq üçün 2 min nəfərlik canlı qüvvəsi var.
ABŞ-ın Misirin paytaxtı Qahirədə hava bazası var. ABŞ Hərbi hava qüvvələri buradakı bazanı yanacaqdoldurma məntəqəsi kimi istifadə edir. Burada hər hansı hərbi aktivlik hiss olunmur.
İordaniyada amerikalılar əl-Salti (Mavi hava) hərbi hava bazasına nəzarət edirlər.
ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi olan İsrailin şimalında 2 hərbi bazası var. Burada tək hərbi deyil, həm də havadan hücumlara qarşı müasir texnoloji müdafiə sistemləri yerləşir.
Və İranın hərbi imkanları:
874 min nəfərlik əsgər heyəti
523 min nəfər aktiv heyət
350 min nəfər ehtiyatda olan hərbçi
1658 ədəd tank
1315 ədəd zirehli hərbi maşın
320 ədəd motorlu atıcı
2078 ədəd top
1474 ədəd qrat
471 ədəd döyüş təyyarəsi
137 ədəd müdafiə təyyarəsi
119 ədəd hücum təyyarəsi
196 ədəd hərbi daşıyıcı təyyarə
123 ədəd ədəd helikopter
12 ədəd hücum helikopteri
397 ədəd dəniz hərbi müdafiəsi üçün gəmil
6 ədəd donanmanı müşayət edən ortaölçülü gəmi
3 ədəd sahil mühafizəsini təmin edən kiçikölçülü gəmi
32 ədəd sualtı gəmi
7 ədəd mina gəmisi
Paylaş:
Müəllif : Yazar
Tarix:9-01-2020, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-01-2020, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01