Prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin fotosu yayıldı – 8 ildir ev dustağıdır (FOTO)
İranda səkkiz ildir ev dustağı olan tanınmış müxalifət liderləri Mir Hüseyn Musəvi və onun xanımı Zəhra Rahnavərdin sosial mediada yeni foto şəkli yayılıb.
regionxeberlericom.az “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, ilk dəfə Telegram sosial şəbəkəsində mart ayının 3-də yayılan foto şəkil müxalif Kalameh veb səhifəsi tərəfindən paylaşılıb. Foto şəkil heç bir şərh vermədən onu Twitter səhifəsində yerləşdirən islahatçı Etemadonline xəbər saytı da daxil olmaqla, sosial mediada çox geniş paylaşılıb. Bununla belə foto şəkil Etemadonline saytının özündə yerləşdirilməyib.
Verilən məlumatlarda deyilir ki, hökumət son aylar Musəvi və onun xanımının yaxın qohumları ilə görüşünə icazə verib. İran rəsmiləri mediaya 2011-ci ildən ev dustağı olan müxalifət liderlərinin foto şəkillərini paylaşmağı qadağan edib. Musəvi və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildə İranda mübahisəli prezident seçkisi zamanı populyar müxalifət liderləri idi.
Musəvi, Kərrubi və universitet professoru olan Rahnavərd mübahisəli seçkinin nəticələrini qəbul etmədiklərini və insan hüquqlarının pozulduğunu dəfələrlə bildirmələri ilə əlaqədar olaraq İran rəsmiləri tərəfindən 2011-ci il fevral ayında ev dustaqlığına məhkum ediliblər. ABŞ Dövlət Departamenti keçən ay Musəvi, Rahnavərd və Kərrubinin ev dustağı olaraq saxlanmasının 8-ci ili tamam olan zaman həbsləri pisləyib və onların azad edilməsinə çağırıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-03-2019, 20:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-03-2019, 20:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |