reklam
Regionxeberlericom.az » Dünya » Almaniyada yeni hökumətin formalaşacağı tarixi açıqladı

reklam

Almaniyada yeni hökumətin formalaşacağı tarixi açıqladı

















Almaniyada Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. 

Bu barədə məlumatı ölkənin Federal Seçki Komissiyası yayıb. 

Məlumata görə, seçkidə ikinci pilləni 20,8 faiz səslə “Almaniya üçün Alternativ” (AfD) partiyası tutub. 

Üçüncü pillədə isə 16,4 faiz səslə Almaniyanın hazırkı Kansleri Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” qərarlaşıb. 

Bununla yanaşı, “Yaşıllar” partiyası 11,6%, “Sol Partiya” isə 8,8% səslə Bundestaqda yerini təmin edib.

“Sahra Vaqenknext İttifaqı” və “Azad Demokrat partiyası” 5 faizlik səs baryerini keçə bilmədiyindən parlamentdə təmsil olunmayacaq. 

Almaniya mediası yazır ki, 2021-ci ildəki seçkilərlə müqayisədə “AfD” nəticələrini iki qat artırıb, Olaf Şoltsun partiyası isə tarixində ilk dəfə say baxımından Bundestaqda üçüncü pillədə yer alıb. 

Onu da qeyd edək ki, seçkidə qalib gələn “CDU/CSU” blokunun lideri və Almaniyanın yeni kansleri postunu tutacaq Fridrix Mertz aprelin 20-nə qədər yeni hökuməti formalaşdırmaq niyyətində olduğunu açıqlayıb. 

Olaf Şolts öz növbəsində seçkidə məğlubiyyətini etiraf edərək, F.Mertzə qələbəsi münasibətilə təbrik ünvanlayıb.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər