Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin ola bilər.
regionxeberlericom.az xəbər verir ki, bu məlumatı “Readovka” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Priqojinin təyyarə qəzasından sonra itkin düşdüyünü bildirib.
“Znak.com” saytı Priqojinin rəsmi nümayəndələrinin hələlik heç bir məlumat vermədiklərini bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə məlumatı təsdiqləyib. Bununla belə sayt Priqojinə yaxın şəxslərin biznesmendən bir neçə gündür heç bir məlumat almadıqlarını, amma yayılan xəbərlərə inanmaq istəmədiklərini deyib.
Qeyd edək ki, An-72 Konqo Prezidenti Feliks Çisedekinin avtomobilini daşıyıb.
Rusiyanın bu ölkədəki səfirliyi rəsmi Feysbuk səhifəsində Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisinin - Vladimir Sadovniçi və Vitali Şumkovun Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri kimi tanınır. O, Suriya, Donbas, Afrika respublikaları üçün muzdlu rus hərbçilərinin təminatını həyata keçirib. Bəzi mənbələr məhz onun şirkətinin əslən azərbaycanlı olan jurnalist Orxan Camalı öldürdüyünü iddia edirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-10-2019, 18:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin ola bilər.
Paylaş:
Müəllif :
Yazar
Tarix:14-10-2019, 18:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11