Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil
Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində ABŞ bayrağı Cimmi Karterin vəfatı səbəbilə yarıya endiriləcək.
Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.
Seçilmiş prezident qeyd edib ki, əgər bayraq yarıya endirilərsə, bu, ABŞ-də prezidentin andiçmə mərasimində ilk belə hal olacaq.
"Heç kim bunu görmək istəmir və heç bir amerikalı bundan xoşbəxt ola bilməz. Görək necə olacaq", - deyə Tramp yazıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Ağ Ev bayraqların yarıya endirilməsi ilə bağlı qərarına yenidən baxmaq niyyətində deyil. Brifinq zamanı jurnalistlər ondan Prezident Co Baydenin qərarını dəyişmək ehtimalının olub-olmadığını soruşublar. Ağ Evin nümayəndəsi "Xeyr" deyə qısa cavab verib.
ABŞ-da bayraqlar siyasi xadimlərin və ya görkəmli şəxsiyyətlərin vəfatı ilə əlaqədar yarıya endirilir. Belə ki, 2024-cü ilin yayında Demokrat Partiyasından olan konqresmen Şeyla Linin xatirəsinə Kapitoli üzərindəki bayraqlar yarıya endirilmişdi.
Cimmi Karter bazar günü, dekabrın 29-da Corciyanın Pleyns şəhərindəki evində vəfat edib. O, 100 yaşında idi və ABŞ tarixinin ən uzunömürlü prezidenti olub. Karter həyatının son illərində qaraciyər və beyindəki bədxassəli şişlərlə mübarizə aparıb. Karter 1977-81-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb. (Oxu.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2025, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…