Suriyada üsyançılar hərəkətə keçdi – Kəndlər nəzarətə götürüldü
Noyabrın 27-də Suriya silahlı qrupları Hələb vilayətinin qərbində Prezident Bəşər Əsədin hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb.
Hazırkı toqquşma son dörd ildə regionda ilk böyük silahlı münaqişə adlandırılır.
Hücumun başlaması barədə üsyançı qruplardan birinin nümayəndələri, eləcə də yerli sakinlər məlumat veriblər.
Hücuma Suriyanın şimal-qərbinin böyük hissəsinə nəzarət edən və “Əl-Qaidə”nin keçmiş Suriya qolu olan döyüşçülər tərəfindən idarə olunan “Heyət Təhrir əl-Şam” rəhbərlik edir.
Üsyançılar öz hərəkətlərini Suriya Prezidenti Bəşər Əsəd qüvvələrinin son artilleriya hücumlarına cavab kimi qiymətləndiriblər. Onlar Urm əl-Suğra və Əncara strateji şəhərləri, 46-cı baza (rejimin Hələbin qərbindəki ən böyük bazası), həmçinin hökumət qüvvələrinə məxsus silah və maşınlar da daxil olmaqla 13 kəndi ələ keçirdiklərini iddia edirlər.
Üsyançıların bəyanatında həmçinin deyilir ki, hücum zamanı 37 hökumət qüvvələri həlak olub. Suriya İnsan Haqlarını Müşahidə Qrupunun monitorinq qrupunun son məlumatlarına görə, Suriya ordusu 54, üsyançılar isə 99 nəfər itirib.
Suriya münaqişələrinin gedişini izləyən “Ağ Dəbilqəlilər” təşkilatı hökumət qüvvələrinin Rusiya hərbçiləri ilə birlikdə Hələbin qərbindəki Atarib şəhərinə hücum etdiyini bildirib. Hücumlar nəticəsində beşi uşaq və iki qadın olmaqla 11 mülki şəxs yaralanıb, yaşayış binalarına və şəhər bazarına ciddi ziyan dəyib.
Türkiyə Suriyanın şimalında müxalif qrupların irəliləyişlərini yaxından izlədiyini və türk ordusunun ölkədəki qoşunlarını qorumaq üçün hər cür tədbirləri gördüyünü bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 21:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər