reklam
Regionxeberlericom.az » Dünya » "Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"

reklam

"Bayden Ukraynanı NATO-ya dəvət etməyə hazırdır" - "Le Monde"

















"Böyük Britaniya və Fransa da bu mövqedədir, Almaniya hələ də bunun əleyhinədir..."

 ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniya baş naziri Kir Starmer Ukraynanın NATO-ya dəvət edilməsi ideyası ilə bağlı fikirlərində yekdil deyil.

Bu barədə "Le Monde" nəşri yazıb.

 Qeyd edilir ki, dörd lider hər şeydən öncə son həftələrdə Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi Qələbə planına cavablarını əlaqələndirməyə çalışır. 

 Ukrayna prezidentinin fikrincə, məqsəd ondan ibarətdir ki, ölkəsi Rusiya ilə qüvvələr balansını dəyişsin və 2025-ci ilədək döyüş əməliyyatlarının dayandırılması barədə danışıqlara başlasın.

 Bununla yanaşı, Ukrayna lideri öz planını Rusiyanın Ukraynanın şərqində irəliləməsi fonunda irəli sürüb. Planın bəndləri Vaşinqton, Paris, London və Berlin arasında ciddi fikir ayrılığı yaradıb.

 "Bu, mürəkkəb məsələlərlə bağlı iddialı plandır və bu məsələlərdə kortəbii olaraq oxşar fikirlər yürütmək asan deyil", - bunu müzakirələrdən xəbərdar olan Qərb diplomatlarından biri deyib.

 Hazırda ABŞ və Almaniya Ukraynanın NATO-ya daxil olması üzrə istənilən perspektivləri əngəlləyir, amma Fransa və Böyük Britaniya, ehtimal ki, bunun lehinədir.

 Eyni zamanda, bəzi məlumatlara görə, amerikalılar, sadəcə, dəvət olunmağa qarşı prinsipial olaraq etiraz etmir. Avropadan olan diplomatik mənbə deyib:

 "Əgər Kamala Harris prezident seçilərsə, o zaman tamamilə mümkündür ki, Bayden bu istiqamətdə keçid dövrü ərzində hərəkət edə biləcək. Əgər Tramp seçilərsə, bu dəlillər qüvvədən düşür və Baydenin azacıq təşəbbüsü vəziyyəti pisləşdirə bilər".

 Nəşrin ən nikbin həmsöhbətləri hesab edir ki, Birləşmiş Ştatların atacağı addım Almaniyanın mövqeyinin dəyişilməsinə gətirib çıxara bilər.

 Hazırda dörd lider qərarlar qəbul edə bilməz, çünki Alyansın tərkibində 32 ölkə var. Türkiyə və Macarıstan, ehtimal ki, Ukraynanın NATO-ya daxil olmasının əleyhinə olacaq.




Paylaş:


Müəllif : Tarix:
20-10-2024, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər