“Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - Keçmiş deputat
Uzun illər Daxili İşlər Nazirliyində xidmət keçmiş polis polkovniki, 1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin, 2000-2005-ci illərdə isə II çağırış Milli Məclisin (83 saylı Saatlı Sabirabad seçki dairəsindən) deputatı olmuş Cahangir Hüseynov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
- Cahangir müəllim, deyəsən çoxdandır siyasətdən uzaqlaşmısınız. Bağ evinizdə rahat həyat sürürsünüz... Söhbətimizə ondan başlayaq ki, siyasətə gəloşiniz necə olmuşdu?
- Yəqin ki, oxucularınız, saytın izləyicilərinin bir qismi məni tanıyar. Uzun illər daxili işlər orqanlarında çalışmışam, 4 rayonda polis rəisi olmuşam. Bakı Dövlət Universitetinin hüquq fakultəsini, Moskvada SSRİ DİN-in Ali Akademiyanı, Aspiranturanı, Sankt-Peterburqda İstintaq, Prokurorluq İşçiləri İnstitutunu, iki dəfə Moskvada “VAK”ı oxumuşam. Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının yeganə dinləyicisiyəm ki, oranı fərqlənmə diplomu ilə bitirmişəm.
Universiteti bitirdikdən sonra Səbail rayonunda müstəntiq işləmişəm. Xəzər rayonunda İstintaq İdarəsinin rəhbəri olmuşam. Ağdaş, Biləsuvar, Abşeron və Sabirabad rayonlarında polis rəisi işləmişəm.
1991-1995-ci illərə Ağdaş rayonundan Ali Sovetə deputat, 2000-2005-ci illərdə isə Sabirabad-Saatlı rayonlarından Milli Məclisin üzvü seçilmişəm. Siyasi fəaliyyətimdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda direktor müavini işləmişəm, hal-hazırda isə elmi yaradıcılıqla məşğulam, 5 kitabın müəllifi olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.
Mənim siyasətə gəlməyimə Qarabağda başlayan məlum hadisələr səbəb oldu. Qarabağda müharibə alovlandı. Siyasətə atılmağımın da əsas səbəbi məhz bu müharibə oldu. Ən gənc millis rəisi idim, titullarım var idi. Ancaq hadisələr başlayanda düşündüm ki, əlimdən nə isə gələrsə, ölkəmə kömək etməliyəm.
1988-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayında atəşkəs elan edilənədək Qarabağın bütün bölgələrində hərbi əməliyyatlarda iştirak etmişəm.
-O əməliyyatlardan nələr yadınızda qalıb?
- “Başkənd əməliyyatı” Gədəbəydə həyata keçirilib. Gədəbəy mənim üçün doğma rayondur, hər iki valideynim oralıdır. 1992-ci ildə ermənilər çox azğınlaşmışdılar. Gədəbəydəki Başkənd yaşayış məntəqəsi ermənilər yaşayan əraziydi. Şəmkirdə də ermənilər yaşayan çox böyük Çardaxlı kəndi var idi. Onu indi Çənlibel adlandırıblar. Oradan keçmiş SSRİ-nin iki marşalı çıxıb – Babacanyan və Baqramyan. Başkənd Gədəbəyin ərazisi idi, oradan o tərəfə Şınıx deyilən bölgədə Gədəbəyin təxminən 20-yə qədər xırda kəndi var. Ermənilər Çardaxlı, Başkənd və onların arasında yerləşən Atabəy kəndini birləşdirib, Azərbaycanın Qərb bölgəsi tamamilə işğal altına almaq istəyirdilər. Belə çətin, faciəli vəziyyəti duyurdum. O zaman Əbülfəz Elçibəy prezident idi və mən parlamentdə çıxış edib, ermənilərin Gədəbəydə belə bir əməliyyat keçirəcəkləri barəsində məlumat verdim. Bu isə Qərb bölgəsi üçün böyük təhükə ola bilərdi.
1992-ci ilin avqust ayında Müdafiə Nazirliyi “Başkənd əməliyyatı” keçirdi. Polkovnik Cahangir Rüstəmov həmin əməliyyatı aparan hərbi briqadanın rəhbəri idi. Mən də o döyüşlərdə iştirak etdim. Mən onda Biləsuvarda polis rəisi idim. O zaman əməliyyata xeyli silah-sursat, əsgərlər üçün geyim, müxtəlif vacib məmulatlarla kömək etmişdik. O döyüşlər çox uğurlu olmuşdu. Həmin vaxta qədər Başkənddə olmamışdım. Biz ora girəndə məəttəl qaldıq. Daşnak Andranikin bəlkə də 3 metr hündürlüyündə heykəli var idi. Əsgərlərimiz onu darmadağın etdilər.
1992-ci ilin 7 avqustunda Başkənd ermənilərdən təmizləndi. Məni bu yay Gədəbəydə Yaylaq Festivalına dəvət etmişdilər. Festivala qatıldım, sonra da bir daha Başkəndi əzdik, xatirələri də yada saldıq.
- Qarabağ münaqişənin həllini necə görürsünüz?
- 1988-ci ilin fevral ayından Dağlıq Qarabağ hadisələri başladı. O zaman ermənilər bir neçə dəfə Moskva qarşısında Dağlıq Qarabağ məsələsini qaldırdılar. 1988-ci ildə Heydər Əliyevin Moskvada Siyasi Bürodan uzaqlaşdırılmasından sonra onlar yenidən aktivləşdilər. Bu isə 20 Yanvar qətliamı, Xocalı soyqırımı, Qarakənd faciəsi, Şuşanın süqutu, Kəlbəcərin işğalı və daha sonra altı rayonumuzun ələ keçirilməsi ilə nəticələndi. Çox təəssüflər olsun ki, biz bu günə qədər məsələnin həllini tapa bilməmişik. Mən bir yaşlı siyasətçi kimi hesab edirəm ki, müxalifət, iqtidar və bütün Azərbaycan xalqı Dağlıq Qarabağ ətrafında bir olmalıdır. Əgər diplomatik yolla bu məsələ həll olunmursa, referendum keçirib, müharibə elan etmək olar. Bu böyük bir bəladır, ancaq problemin həll yolu araşdırılıb, tapılmalıdır.
- 1990-cı illərdəki Azərbaycanın siyasi həyatını necə xatırlayırsınız?
- 1990-cı illərin əvvəllərində Mütəllibov hakimiyəti, sonra Xalq Cəbhəsinin iqtidara gəlməsi Azərbaycanda birmənalı qarşılanmadı. Moskva və ermənipərəst qüvvələr isə hər vasitə ilə Heydər Əliyevin hakimiyyətə qayıdışına mane olmaq istəyirdi. O zaman Ziya Bünyadov, Murtuz Ələskərov, Siruz Təbrizli, Arif Rəhimzadə, Eldar İbrahimov və mən də daxil olmaqla bir qrup siyasi fəal mübarizə aparırdıq. 1992-cı ildə Milli Məclisin “fövqəladə mart sessiyası”nda birinci dəfə mən Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etdim. Həmin sessiyada Eldar İbrahimov, Arif Rəhimzadə və mən Ali Sovet sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdük. Lakin çox təəssüf ki, o dövr iqtidarı Heydər Əliyevin hakimiyyətə qayıtmasını qəbul etmək istəmirdi. Bir yandan isə torpaqlarımız ermənilər tərəfindən işğal olunurdu. Sonda isə mərhum prezident Əbülfəz Elçibəy Kələki kəndinə getməklə Ali baş komandan səlahiyyətlərinin icrasından imtina etdi. Belə olan halda Qarabağın böyük bir hissəsi də işğal olundu. Heydər Əliyev prezident seçildikdən sonra cəbhədə atəşkəs elan edildi. Lakin keçən müddət ərzində ermənilər torpaqlarımızı azad etmədilər.
Bu gün Azərbaycan güclü orduya sahibdir və mən elə hesab edirəm ki, oz torpaqlarımızı azad etmək vaxtı gəlib çatıb.
- Sizin Türkiyənin İstanbul şəhərinin yeni bələdiyyə başkanı Əkrəm İmamoğlu ilə əlaqələriniz, dostluq münasibətinizin olduğunu bilirik. Onun İstanbul Bələdiyyə başqanlığına namizəd olacağı planından xəbəriniz var idimi?
- Mən Əkrəm İmamoğlu ilə hələ 2010-cu ildə şirkət rəhbəri olduğu dövrdə tanış olmuşam. İstanbulda bir məsələ ilə əlaqədar onunla tanışlığımız yarandı. Qısa müddət sonra ailəsi, bacısı, qohumları ilə yaxın əlaqələrimiz, münasibətlərimiz formalaşdı. Mən görüşəndə onun intellektinə və siyasi bacarığına valeh oldum. Ona təklif etdim ki, siyasətə qatılsın. Onda siyasətin marağında olduğunu hiss etdim.
Üstündən bir müddət keçdi. 2014-cü ildə artıq eşitdim ki, Əkrəm İmamoğlu Bəylikdüzü bələdiyyəsinin sədridir. Bu il isə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi. Hələ namizəd olduğunu eşidəndə heç kim inanmasa da, mən onun sədr seçiləcəyinə inanırdım. İlk seçkidən sonra onu təbrik də etdim. Buna görə, məni qınayan dostlarım da oldu. Sonradan seçki nəticələri ləğv edildi. Amma İmamoğlu ikinci dəfə böyük üstünlüklə qalib gəldi.
Yay aylarında həmişə istirahətimin 1 ayını mütləq doğma Gədəbəydə keçirirəm. Bu il Yaylaq Festivalından qayıdandan sonra düşündüm ki, İstabula gedib müayinə olunmalıyam. Əkrəm İmamoğlu ilə görüşmək niyyəti ilə köməkçisinə zəng etdim. Böyük bir şəhərin bələdiyyə başqanlığını yürütmək asan məsələ deyil. Onun gərgin çalışdığına görə, mənə ayırmağa vaxtı olmayacağını düşünürdüm. Amma avqustun 22-də o, məni Bələdiyyə binasında qarşıladı. Əkrəm bəy üçün hədiyyə olaraq xalı toxutdurmuşdum. Üzərində ikimizin şəkili və “Bir millət, iki dövlət” yazısı olan xalını ona hədiyyə etdim. İmamoğlu isə mənə belə bir söz hədiyyə etdi: “Bir millət, iki dövlət, yaşayacaq qərinəyədək”. İlk dəfə idi ki, deyimi yeni formada eşidirdim. Mən ona bir daha dedim ki, azərbaycanlı, türk olmağımla fəxr edirəm.
- İmamoğlunun siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu yaxınlarda eşitdim ki, İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalar keçirilirib, 500 milyon lirəyə qədər pulu boş işlərə sərf ediblər. Mən Türkiyə, İstanbul üçün sevinirəm ki, onların gələcəyini düşünən bir rəhbəri var. İstanbul dünyanın mərkəzidir, o nə qədər inkişaf edərsə, türk aləmi də, İslam aləmi də qabağa gedər. İstanbulda tək türklər və qonşu xalqların nümayəndələri deyil, demək olar, bütün dünyadan iş dalınca gələn müxtəlif ölkələrin vətəndaşları yaşayır.
Əkrəm İmamoğlu yüksək səviyyəli siyasətçim kimi yetişib.
- Milli Məclis üçün darıxırmırsınız ki?
- Heç darıxmıram. Deputat olduğum vaxt, 1994-cü ildə siyasi fəaliyytimə görə mənə elə öz bağ evimdə sui-qəsd etdilər. 5 güllə yarası aldım. Yaxın qohumumu və azyaşlı oğlumu qətlə yetirdilər. Ailə üzvlərimdən çoxu xəsarət aldı.
Mən polisdə özümə düşmən qazanmamışam. Polis rəisi olduğum Ağdaş və Sabirabad rayonlarından məni deputat seçdilər.
- Dostluqdan danışdınız. Bildiyimizə görə, YAP-ın qurucularından olmuş mərhum Siruz Təbrizli ilə bir zamanlar möhkəm dostluğunuz olub...
- Necə də yadıma saldınız... Allah Siruza rəhmət eləsin. O mənim çox yaxın dostum, sirdaşım idi...
- İndi də dostlarınız çoxdur dediniz. Onu əvəz edən dostunuz varmı?
- Yoxdur... (kövrəlir)
Uşaqlıqdan, məktəb illərindən bu yana parlamentdə, siyasətdə, hüquq-mühafizə orqanlarında dostlarım həmişə çox olub. Məktəb yoldaşlarımın bəziləri ilə bu gün də dostluq edirəm. Cəmi 1 il İstanbulda yaşadım, orada da onlarla dost qazana bildim. Hamısına böyük hörmətim var. Ancaq Siruz Təbrizlidən sonra heç bir dostumu onun qədər yaxınıma qəbul edə bilmirəm. O mənə qardaş qədər yaxın idi. Siruzda paxıllıq heç yox idi. Azərbaycan millətini də çox sevirdi.
- YAP-la əlaqəniz varmı?
- Mən 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişəm. YAP-ın birinci rayon təsis konfransını Biləsuvarda mənim rəhbərliyimlə gizli keçirmişik. Amma heç bir zaman partiyanın üzvü olmamışam. Əvvəllər Kommunist Partiyasında təmsil olunmuşam. Kommunist Partiyası ləğv olunandan sonra isə siyasi yoluma bitərəf olaraq davam etdim.
- Son zamanlar müxalifət və iqtidar arasında gərgin çəkişmələr var. Siz bu prosesi necə qiymətləndirirsiniz?
- Mətbuatdan bu hadisələri izləyirəm. Radikal müxalifət və iqtidar nümayəndələri – biri söyür, digəri isə aşırı tərifləyir. Bu gün Azərbaycanda 10 milyon əhali yaşayır. Bunun təxminən 10 faizi müəyyən bir partiyanın mənsubu ola bilər. Hətta bu rəqəmin özündə də şişirdilmiş, həqiqəti əks etdirməyən tərəflər var. 90 faiz müstəqil insanlardır. Amma internetdə, mətbuatda, sosial şəbəkələrdə bir müstəqil insandan, alimdən, ziyalıdan, yazıçıdan, sənətçidən müsahibə götürülmür. Televiziyalarda, mətbuatda müstəqil adam yoxdur. Mən “bitərəf” sözünü sovetdən qalma kimi dəyərləndirirəm və müstəqil ifadəsi ilə əvəz olunmasının tərəfdarıyam. Təklif edirəm ki, ziyalılar yığışsınlar, iqtidarla müxalifəti barışdıraq! Azərbaycan xalqının ümumi bir dərdi var: torpaqlarımızın 20 faizi işağldadır. Erməni qalıb bir tərəfdə, öz daxilimizdə yola gedə bilmirik. Bir necə ay bundan öncə mən “kanal24”ə müsahibə verib iqtidar və müxalifət nümayəndələrinə müraciət etdim ki, onlar bir araya gəlib Azərbaycanın ümumi dərdi olan Qarabağ probleminin həllində birgə iştirak etsinlər. 11 sentyabrda Ana Vətən Partiyasının təşəbbüsü ilə belə bir görüş keçirildi. Mən bir siyasətçi kimi bunu alqışlayıram. Arzu edirəm ki, gələcəkdə Qarabağ probleminin həll edilməsində bütün Azərbaycan xalqı vahid bir mərkəzdə birləşsin.
- Bəzən deyirlər ki, Azərbaycan insanı artıq siyasətə maraq göstərmir. Siz də belə düşünürsünüz?
- Mən əksini iddia edərdim. Azərbaycanda hamı siyasətlə maraqlanır. Kəndə gedirəm, hətta bəlkə orta təhsili belə olmayan insanlar siyasətdən danışır. Şəhərdə, rayonlarda da eyni ilə.
Belə bir şəraitdə bəzi deputatlar qorxur ki, siyasi sual verərlər, cavablandıra bilməz, yaxud da cavabı fərqli anlaşılar. Hərdən deputatlar da deyirlər ki, mən başqa cür demişdim, jurnalist təhrif edib. Mən onları anlaya bilmirəm. Əgər jurnalist sənin demədiyin nəyi isə özündən uydurub yazıbsa, bunu təkzib etmək haqqın var. Bununla da kifayətlənməyərək, məhkəməyə müraciət edə bilərsən.
Əslində müsahibə verən şəxs savadsızdır, suala cavab verə bilmir, danışanda da nəticəsini hesablamadığı ifadələr söyləyir, sonra da düşür jurnalistin üstünə. “KİV haqqında” qanunda deyilir ki, hər bir məmur jurnalistin sualına cavab verməlidir. Hətta cavab verməsə, jurnalistin haqqı var ki, onu məhkəməyə versin. İndi yeni terminlər çıxıb – mətbuat katibinin mətbuat katibi. Sən məmursana, jurnalist sənə çatmaq üçün 3-4 pillə əziyyət çəkməməlidir.
- Bir az da yaradıcılığınızdan danışın?
- Mənim ilk kitabım 2012-ci ildə çap olundu. Siyasi fəaliyyətimlə bağlı olan kitabda bütün xidmətlərim əksini tapıb. O kitabın nəşr olunmağı mənə uğurlu oldu və yaradıcılıq fəaliyyətinə davam etdim.
Azərbaycanda ilk dəfə “Azərbaycan Nadir şah Əfşar dövləti” adlı elmi kitab hazırladım. Buna qədər Nadir şah barəsində kiçik bir monoqrafiyadan başqa elmi əsər yox idi. Həmin kitabı hazırlamaq üçün 1 il İstanbulda araşdırma apardım, o cmlədən Gürcüstan arxivində, Tehran, Təbriz, Məşhəd, Vatikan kimi yerlərdə tədqiqatlara davam etdim. 2014-cü ildə əsərin böyük təqdimatını keçirdik. Sonradan həmin kitabı Türkiyədə türk dilində çap etdirdim. Onu çap edəndə o zaman Bəylikdüzü bələdiyyə başqanı olan Əkrəm İmamoğlu ilə görşdük. Əvvəldən şəxsi münasibətlərimiz var idi, görüşürdük. O həmin kitabı çox məmnuniyyətlə götürüb oxudu və hətta ona “Ön söz” yazdı. Beləliklə, təxminən 10 min nüsxədə çap olunan kitab Türkiyənin böyük bir hissəsinə yayıldı. İlk dəfə 2015-ci ildə Bəylikdüzü bələdiyyəsində, daha sonra Aydınlar ocağında, nəhayət Bakıda tədimatlarını keçirdik.
2016-cı il aprel döyüşləri mənə çox pis təsir etdi. Mən iki ayın ərzində “Fikir və düşüncələrim” adlı 400 səhifəlik monoqrafiya yazdım. Bu il isə “Fikir, düşüncələrim və fərziyyələrim” adı ilə kitabın ikinci hissəsini də çap etdik. Həmin kitabların da Azərbaycan Yazıçılar Birliyində təqdimatın keçirdik.
- Bir məqam diqqətimi çəkdi. Kitablarınızı “Cahangir Hüseyn Əfşar” imzası ilə nəşr etdirirsiniz. İmzanızın tarixçəsi maraqlıdır.
- Bizim nəslimiz çox böyük nəsildir. Bu gün demək olar, respublikada elə sahə yoxdur ki, orada nəslimizin nümayəndəsi olmasın. Hətta sovetlər dönəmində bizim kiçik kəndimizdən – Gədəbəyin Nərimankəndindən 5 polkovnik, 40-a qədər elmlər namizədi, 1 akademik, 4 elmlər doktoru, şahmat üzrə dünya çempionu, generallar çıxmışdı. Atam uzun illər hüquq sahəsində çalışıb, Heydər Əliyevlə birlikdə oxuyublar, amma 75 yaşına qədər bunu heç kimə deməmişdi. Mən isə “vinetka”da şəkillərini görüb tanımışdım. 1998-ci ildə Heydər Əliyevin 75 yaşı olanda, qrup yoldaşlarını dəvət edib, Prezident Aparatında görüş təşkil etmişdi. Mən atamı Sabirabadda televizordan izləmişdim. Atam məni tarixə yaxın insan olaraq tərbiyə etmişdi. Ona görə qarşıma məqsəd qoydum ki, nəslimizin tarixçəsini araşdıracağam. Onu tamamilə açıb, sübuta yetirdikdən sonra ilk kitabım çıxanda Əfşar imzasını götürdüm. Mən bu gün də Əfşarlar sülaləsinin nümayəndəsi olduğuma görə fəxr edirəm.
- Son olaraq nə demək istəyirsiniz?
- Mən vurğuladığım kimi, 1990-cı ilin əvvəlindən siyasətə qatılmışam. Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün parlamentdə və siyasi həyatda fəal mübarizə aparmışam. Həmin dövrlərdə Murtuz Ələsgərov, Siruz Təbrizli, Eldar İbrahimov, Arif Rəhimzadə, Maksim Musayev, Rəfael Allahverdiyev və bir sıra insanlar fəal mübarizə aparırdılar. Onda Heydər Əliyevin hakimiyyətə qayıdışını istəməyən çoxlu insanlar var idi. Onlar həm Mütəllibov hakimiyyəti, həm də AXC hakimiyyəti dövründə çox fəal idilər. Biz parlamentdə 134 deputatın imzasını toplayıb, Ali Sovetin sessiyasının keçirilməsi üçün müraciət etdik. Yeni Azərbaycan Partiyası bütün Azərbaycan ərazisində təmsil olunmaqla ulu öndərin hakimiyyətə qayıdışını dəstəkləyirdi. Əlbəttə, həmin dövr çox çətin, acınacaqlı zaman idi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, torpaqlar ermənilər tərəfindən işğal olunurdu. Belə bir durumda Heydər Əliyev 1993-cü ilin 15 iyununda Ali Sovetə sədr seçildi və sonra da Azərbaycan Respublikasının prezidenti seçildi. Respublikamız son 25 ildə xeyli inkişaf edib. Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP qaz kəməri, İpək yolunun bərpası bunlara misaldır. Arzu edirəm ki, respublikamızda iqtisadiyyat güclənsin.
Azərbaycanda aparılan islahatlar məni sevindirir. Məhkəmə-hüquq sistemində islahatlar aparılması üçün sərəncam verilmsi ölkəmizin gələcəyi üçün çox mühüm addımdır. Korrupsiyaya qarşı mübarizənin güclənməsi, cinayətkarlığın aradan qaldırılması istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Bu inkişafin sonunda Qarabağın da işğaldan azad olunacağına böyük ümidimiz var.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-09-2019, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-09-2019, 09:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01