Pakistan məhkəməsi İmran Xanın korrupsiya ittihamı ilə cəzasını təxirə saldı
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xanın və onun həyat yoldaşı Büşra Bibinin korrupsiya və xarici hədiyyələrin satışı ilə bağlı cəzalarını təxirə salıb.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Bildirilir ki, hakimlər Nazirlər Kabinetinin keçmiş rəhbərinin və onun həyat yoldaşının apellyasiya şikayətlərinə baxaraq cəzaların təxirə salınması barədə qərar qəbul ediblər.
Onların vəkilləri, İmran Xan və Büşra Bibinin Yaxın Şərq dövlətlərinin liderlərindən aldığı dövlət anbarlarından 52 hədiyyənin qanunsuz satışı (bazar dəyəri 154 milyon rupi (təxminən 2 milyon dollar – red.)) ilə bağlı fırıldaqçılıq və saxtakarlığa görə 14 il həbs cəzası aldıqları 31 yanvar hökmlərinin tamamilə ləğv edilməsini tələb edirlər.
Məhkəmənin bu cəzaları təxirə salan hökmünə baxmayaraq, Xan və həyat yoldaşı digər məhkumluqlara görə həbsxanada qalmaqda davam edirlər.
Qeyd edək ki, yanvarda Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları 7 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2024, 21:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər