Bakıda Suriyanı xatırladan mənzərə... - "Bəzi məmurlar bizi yalan danışmağa vadar edirlər"
Çilik-çilik olan şüşələrin üzərindən, yerə atılan şprislərin, üfunət yayan gölməçələrin yanından keçərək mənzil başına çatırıq. Mərdəkanda yerləşən, "Maşınqayrma", "Ət-süd" və "Energetika" sanatoriyası adlanan, bir neçə mərtəbəli dağılmış binanın önündəyik.
Ətrafda sanki həyat dayanıb, nə bir maşın səsi gəlir, nə də bir başqa uğultu. Amma çox keçmir ki, səssizliyi burada yaşayan sakinlərin üsyanı pozur.
1980-ci illərdə sanatoriya təyinatı üzrə tikilən bu beş binaya 1992-ci ildən sonra qaçqın və məcburi köçkünlər köçürülüblər. Hazırda yaşayış üçün tamamilə yararsız olan bu binalara dair Fövqəladə Hallar Nazirliyinin qərarı var: sakinlər deyirlər ki, FHN buranı yaşayış üçün qəzalı hesab edir.
Bu ilin aprel-may aylarınadək keçmiş sanatoriyada yaşayan ailələrin sayı 200-dən çox olub. Daha sonra onların böyük bir qismi, 197 ailə, Nazirlər Kabinetinin "Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması haqda 64 nömrəli qərarı"na əsasən yaşayış yeri ilə təmin olunub. Yerdə qalan 18 ailənin köçürülməməsinin səbəbi isə onların tərkibə görə, yəni adambaşına olan otaqla təmin oluna bilməməsidir.
"Beş ay əvvəl bizə deyildi ki, bir aydan sonra Qobuda "Qobu Park 2" yaşayış massivində 1300 ailəlik yaşayış massivində adambaşına düşən otaq sayına görə təmin ediləcəyik. Yaşayış massivinin açılışı olmasa da, gəzən söz-söhbətlər artıq oraya bağladığımız ümidlərimizi də qırır", - deyə şikayətçilər Sputnik Azərbaycan-ın müxbirinə gileylənirlər.
Onların əsas qorxusu da elə budur. Köçmək üçün əşyalarını qablaşdıran sakinlər ümidlər qurub, onları bir müddət sonra basdırmaqdan beziblər. "18 ailəyə o vaxt söz verilmişdi və ərizə də yazdırılmışdı ki, narahat olmayın, siz Qobuya köçürüləcəksiz", - deyə əlavə edirlər.
Ağdamdan olan məcburi köçkün Musa Məmmədov məmur özbaşınalığının qurbanı olduqlarını deyir: "Bəzi məmurlar bizi yalan danışmağa vadar edirlər. Məcbur edirlər ki, yalandan hər şeyin gözəl olduğunu, suyumuzun gəldiyini, isti suyumuzun olduğunu, şəraitimizin çox yaxşı olduğunu deyək. Komendant da bizi yalan danışmağa vadar edir. Düz danışdığımız üçün "Aşura" günündə də susuz qaldıq. Yəni artıq 10 gündür ki, su gətirilmir".
Hər həftə maşınlardan su alan ailələri bəzən buraya su gətirənlər də unudurlar. Amma deyəsən, gəlişimiz onlar üçün düşərli oldu - bizdən bir az sonra həyətə daxil olan su maşınını bir göz qırpımında əhatəyə aldılar. Bu su onlar üçün qızıl qiymətinədir - içəcəklər. Təsərrüfat məqsədilə istifadə etmək üçün isə hər gün dənizdən su daşıyırlar.
Musa Məmmədov söhbətimizə qayıdır, deyir ki, artıq 18 ildir, belə vəziyyətdə yaşayırlar: "Ailədə 11 nəfərik, iki oğlumdan biri fiziki məhdudiyyətlidir, müəyyən psixi problemi də var. Qızlarım da ailəlidirlər. Bu ilin mayında bizə 2 otaqlı mənzil verdilər. Hazırda həmin mənzildə qızımgil və fiziki məhdudiyyətli oğlum birgə yaşayırlar. Əslində isə, Nazirlər Kabinetinin qərarına əsasən, bizə ailə tərkibinə görə 4 otaqlı mənzil verilməli idi".
Söhbət əsnasında məlum olur ki, qəsəbənin tərk edilmiş adaya bənzər bu hissəsində aralarında yaşlıların, xəstələrin, Qarabağ müharibəsi iştirakçılarının da olduğu sakinlərin bir qismi işsizdir. Əksəriyyət iş yerinə gedib çatmaq üçün yolun rahat olmadığını deyir. Özümüz də şahid olduq ki, metronun "Koroğlu" stansiyasından buraya birbaşa marşrut işləmir, "sanatoriya"ya çatmaq üçün gərək iki avtobus dəyişəsən, ya da taksi ilə gələsən. Yol xərci gündəlik ən azı 5 manat və daha da yüksək olur: xərc borcu ödəmir.
Həmsöhbətimizin həyat yoldaşı Əsmər Məmmədovanın sözlərinə görə, Allahın da yadından çıxıblar, bəndənin də: "Yoldaşım 11 aydır ki, yel xəstəsidir. Tez-tez ona görə təcili yardıma müraciət etsəm də, buraya gəlmirlər. Deyirlər, artıq yaşayış məskəni kimi buranın adı silinib".
Ətrafda heç bir mağazanın, aptekin, bağça və məktəbin olmaması sakinlər üçün əlavə problem yaradır.
Uçulub-sökülən binalar arasında gəzdikcə gördüyümüz mənzərədən üşənirik. Sanki "lələ" yox, dəvə köçüb, yurdu qalıb. Kürdəxanıya köçürülən sakinlər buradan, yumşaq desək, vəhşicəsinə ayrılıblar. Qalanların sözlərinə görə, Kürdəxanıya köçürülənlər gedəndə pəncərə şüşələrinin bəzilərini çıxarıb satıb, çıxara bilmədiklərini sındırıblar. Elektrik xətləri də "var-dövləti" qonşuya halal eləmək istəməyənlərin güdazına gedib - sökülüb və satılıb. Bunlar azmış kimi, metal alverçiləri də mütəmadi olaraq ərazini soyurlar. Sakinlərin barmağı 102 xidmətini yığmaqdan yağır olub.
Suriya adlandırdıqları bu yaşayış məskənində sakinlər qışın daha bərbad keçdiyini deyirlər: evlərin damı ələk kimidir, yağış birbaşa qucaqlarına yağır. Köçən şəxslərin evlərini bit-birə basır deyə, bura xəstəlik yuvasına çevrilib. Yay aylarında tez-tez ilanla savaşırlar, sahibsiz itlər üçün isə ilin fəslinin əhəmiyyəti yoxdur - buranın daimi qonağına çevriliblər.
Boş evlərin dolmaq kimi dərdi də rahat yaşamağa imkan vermir. Çünki məcburi köçkün olmayanlar, ən çox da narkomanlar buradakı tərk edilmiş otaqlarda məskunlaşmağa çalışırlar. Tüfeyli və narkomanlar ən çox gecə saatlarında burada yığışır, bəzi evlərdən oğurluq da edirlər. Bir gün onların da "ev davası"na qatılmaq qorxusu ümumiyyətlə narkomanlarla yan-yana yaşamaq qorxusu ilə birləşir. Buna görə də hər vəchlə bu cür insanları sakinlər ərazidən uzaqlaşdırmağa çalışırlar.
Roza Şükürova 23 ildir ki, buradakı daxmada anası ilə birgə yaşayır: "Qaçqınla ailə həyatı qurduğum üçün burada yaşayıram. Düzdür, övladım olmadığı üçün biz ayrılsaq da, deyilib ki, mənə də mənzil düşür. Nə zaman müraciət edirəm, deyirlər ki, səni də evlə təmin edəcəyik. 23 ildir ki, qoca anam da mənimlə birgə burada, şəraiti olmayan birotaqlı mənzildə yaşayır".
Elşad Behbudovun problemi isə digər sakinlərlə müqayisədə daha böyükdür. Övladlarının təhsildən uzaq olması ata üçün böyük dərdə çevrilib. Bu ilin mayınadək onun uşaqları elə sanatoriyada yerləşən 7 saylı Şuşa məktəbində təhsil alıblar. Lakin artıq sakinlərin böyük əksəriyyətinin Kürdəxanıda yeni mənzillərlə təmin olunması ilə əlaqədar məktəb də həmin əraziyə köçürülüb. Yaxınlıqda isə heç bir təhsil ocağı yoxdur.
71 yaşlı Dayandur Qasımov da iki qızı ilə birgə bu cür şəraitsiz yerdə yaşayır. Deyir, yaşayış yerinin ətrafında səhiyyə, məktəb və iaşə obyektlərinin olmaması onların xərclərini birə-beş artırır.
Sakinlərin sözlərinə görə, bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev onlarla görüşüb. Bundan sonra isə sakinlərə bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən "Maşınqayırma" pansionatında müvəqqəti məskunlaşan 226 ailənin Qaradağ rayonunda inşa edilən "Qobu Park 2" yaşayış kompleksinə köçürülməsi nəzərdə tutulub. Ancaq Komitədən mediaya verilən məlumata görə, burada məskunlaşan şəxslər həmin yaşayış yerinin hazırkı iş yerləri və övladlarının məktəbinə uzaq olduğunu bildirərək oraya köçməkdən imtina ediblər. Onlar 2019-cu ildə istifadəyə verilən Kürdəxanı qəsəbəsində olan şəhərciyə köçürülmək istədiklərini bildiriblər. Aparılan danışıqlardan sonra isə həmin sakinlərin Ramanada tikiləcək yeni yaşayış kompleksinə köçürülməsi qərara alınıb.
Getməyə hazırlaşdığımızı görən sakinlər isə Qobuya köçmək istədiklərini vurğulayaraq, onların dərdlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə çatdırmağımızı xahiş edirlər. Məlum məsələdir, "xarabalıq cəngavəri" olmaqdan beziblər. Söz verib ayrılırıq.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Gözləməyimizi tapşırdılar.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-09-2019, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-09-2019, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01