Sənədsiz evlərlə bağlı yaxın vaxtlarda sərəncam veriləcək - Belə deyirlər...
Azərbaycanda ciddi sosial əhəmiyyətli problemlərdən biri daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsbit edən sənədləşmənin çətinliyidir. Uzun illərdir xüsusilə də Bakı şəhəri ərazisində nizamsız şəkildə tikilən yüz minlərlə fərdi ev və tikililərin sənədləşdirilməsi problemi həll olunmur. Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirmişdi. Bunun 400 mindən yuxarısı qaz, su, elektrik, dəmir yolu və digər infrastruktur obyektlərinin mühafizə zolağında, bir neçə mini SOCAR-a məxsus torpaqlarda inşa edilib.
Bu problem dəfələrlə ölkə rəhbərliyi tərəfindən də dilə gətirilib. Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Dövlət başçısının tapşırığından sonra BŞİH-in rəhbərliyi altında xüsusi komissiya yaradılıb, problem araşdırılsa da, ciddi bir addım atılmadı. Bu sahədə irəliləyişə nail olmaq üçün ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Lakin bu fərman da evlərin sənədləşməsi sahəsində ciddi irəliləyişlə nəticələnmədi.
Nəhayət, bu il problem yenidən, özü də birbaşa ölkə prezidenti tərəfindən gündəmə gətirilib. Belə ki, prezident fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanın icrası məqsədilə aparılan araşdırmalar göstərib ki, yalnız Bakı şəhərində 400-dək çoxmənzilli bina sənədləşməyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin avqustun 26-da yaydığı açıqlamaya görə, fərman imzalandığı tarixdən həmin günədək qurum Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında həmin binaların hər birinin istismarına icazə verib. Komitə tərəfindən verilmiş 134 icazə ümumilikdə 349 girişli çoxmənzilli binaları və cəmi 23 183 mənzili əhatə edir. Avqustun 26-dan bəri isə Komitə daha 14 ünvanda yerləşən binaların istismarına icazə verib. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
Prezidentin bu fərmanından az sonra - mart ayında verilən məlumatlardan aydın oldu ki, fərdi evlərin sənədləşməsi istiqamətində də işlərə başlanıb. Belə ki, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayevin verdiyi məlumatdan aydın olur ki, məsələ ilə bağlı xüsusi işçi qrup yaradılır: “Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq”.
Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi də açıqlama yayaraq, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığını, yaxın zamanlarda həmin konsepsiyanın Prezident Administrasiyasına təqdim ediləcəyini bildirdi. Daha sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ətraf qəsəbələrin sakinləri ilə görüşündə müvafiq işçi qrupunun yaradıldığını və tezliklə fərdi evlərin sənədləşməsi prosesinə başlanacağını bildirdi. Lakin bu açıqlamaların üstündən 4-5 ay vaxt keçsə də, hələ ki real addımlar atılmayıb. Yaradılan işçi qrupunun işi hansı mərhələdədir? Yüz minlərlə insanın əziyyət çəkdiyi problemin həlli üçün hansı addımlar planlaşdırılır? Bu və digər suallarımıza rəsmi qurumlardan hər hansı cavab almaq mümkün olmadı.
Lakin əldə etdiyimiz məlumata görə, fərdi evlər və müvafiq icazə olmadan inşa edilmiş digər tikililərin sənədləşməsi ilə bağlı yaxın günlərdə mühüm addımlar atılacaq. Belə ki, işçi qrupun fəaliyyətinin yekunu olaraq toplanmış təkliflər əsasında problemin həlli üçün tədbirlər planının hazırlandığı və ölkə rəhbərliyinə təqdim olunduğu, yaxın vaxtlarda veriləcək müvafiq sərəncamdan sonra həmin planın icrasına başlanacağı bildirilir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2019, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01