“Elza kimiləri efirə çağırmayaq” - Aparıcı həmkarlarına səsləndi
Əməkdar artist Elza Seyidcahan aparıcılara söz atıb. Efirdə qonaq olan sənətçi bəzi aparıcıların ciddi tələffüz problemi olduğunu, “panel” dişlər taxdırdıqlarını deyərək onlara irad bildirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Amil Xəlil Elza Seyidcahana öz sənəti ilə məşğul olmağı məsləhət görüb:
“Elza Seyidcahanın dediklərində haqlı olduğu məqamlar var, amma elə Elza xanımın həmkarları arasında “c-ç” tələffüz problemi olanlar çoxdur. Yaxşı olar ki, Elza xanım televiziya sahəsindən danışmasın. Onu televiziya Elza Seyidcahan edib, dayandığı yerdə məşhur olmayıb. Yaxşı olar ki, o gedib həmkarları ilə bu mübarizəni aparsın. Görünən odur ki, o həmkarlarına söz deyə bilmir, çünki desə, onda o qədər səhv tutacaqlar ki... Maraqlıdır, Elza xanım niyə gedib öz sahəsi ilə məşğul olmur? Niyə bəstəkarlara irad bildirmir? Öz həmkarlarının oxuduqlarında qafiyələr düz gəlmir, sonluğu bərbad haldadır, amma Elza Seyidcahan verilişlərdə həmin adamlara “Can, dəyərli insan, peşəkar sənətçi, gözəl insan” deyir.
Onun televiziya aparıcılarının bəzisi haqda dedikləri fikirləri haqlıdır, baxmayaraq ki, o, bu barədə danışmamalı idi. Bu, prodakşnların yaratdığı problemdir, çünki onlar televiziya və ya internet kanalları ilə müqavilə bağlayırlar, bu zaman gənc müxbirlər efirlərə çıxır və onların tələffüzündə ciddi qüsurlar olur, adi tamaşaçı bəlkə də bunu başa düşmür, amma biz başa düşürük.
Dövlət televiziyasında belə problem yoxdur. Çünki orada sponsor problemi yoxdur, dövlətdən maliyələşirlər və peşəkarları bir araya yığa bilirlər. Amma özəl kanallar sponsordan asılıdır”.
Aparıcı həmkarlarına səslənərək bu cür şəxsləri efirdən uzaqlaşdırmaq lazım olduğunu bildirib:
“Elza Seyidcahan bu mövzuda danışanda birinci öz həmkarlarından başlamalı idi. Onun həmkarları arasında toya 10 minə gedən insanlar var ki, tələffüzlərində “c-ç” problemləri var.
Qoy bizi keçmiş televiziya adamları tənqid etsin. Gedib öz həmkarlarını tənqid etmirlər, çünki bacarmırlar. Bilirlər ki, əgər etsələr, həmin müğənnilər onların bütün paxırlarını açıb ortaya tökəcək. Ona görə də geri çəkilirlər ki, əşi, ağrımayan başımı ağrıtmayım, televiziyadan danışım. Mən bütün həmkarlarıma səslənirəm: bu cür öz sənətinə aidiyyəti olmayan insanların iradına görə bu adamları televiziyalardan uzaqlaşdırın, çağırmayın, başqa adamları çağırın. Qədir bilənlərə dəstək verin. Elza və Elza kimilər var ki, televiziyadan çıxıblar, bekardırlar və belə danışırlar. Gəlin əl-ələ verək, biz onları 1 il efirə çağırmayaq, ondan sonra çıxıb üzr istəsinlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-02-2024, 20:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |