reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qəzzada ən azı bir aylıq humanitar fasilə müzakirə edilir – KİV

reklam

Qəzzada ən azı bir aylıq humanitar fasilə müzakirə edilir – KİV













Tərəflər Qəzza zolağında ən azı bir ay davam edəcək və İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan humanitar fasilənin tətbiqini müzakirə edirlər.

Bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan Qərb diplomatının sözlərinə görə, humanitar fasilədən sonra daimi atəşkəs əldə oluna bilər.

“Ərəb ölkələri atəşkəsin təmin edilməsi və girovların azad edilməsi təşəbbüsünü müzakirə edirlər. Bu, İsrailə Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb və müsəlman dövlətləri ilə münasibətlərin normallaşdırılmasını təklif edə biləcək daha böyük planın bir hissəsidir”, – başqa mənbə bildirib.

“Münasibətlərin normallaşmasının şərti İsrailin Fələstin dövləti yaratmaq üçün geri dönməz addımlar atmağa razılığı olacaq”, - o qeyd edib.

Xatırladaq ki, ötən il noyabrın sonunda Fələstinin HƏMAS hərəkatı və İsrail Misir və Qətərin vasitəçiliyi ilə humanitar atəşkəs haqqında razılığa gəliblər. Razılığa əsasən HƏMAS-ın əlindəki və İsrail həbsxanalarındakı girovlar dəyişdirilib. Pauza noyabrın 24-dən dekabrın 1-dək davam edib. Dekabrın 1-də isə İsrail ordusu HƏMAS-ın İsrail ərazisinə atəş açdığını bəyan edərək razılaşmanı pozduğunu bəyan edib. Buna cavab olaraq İsrail tərəfi də anklavda döyüşləri bərpa etdiyini bildirib.




Paylaş:


Müəllif : Tarix:
18-01-2024, 19:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər