Türkiyədə yeni 5 lirənin üzərindəki Atatürk barelyefi müzakirə yaratdı – Fotolar
Türkiyədə cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə dövriyyəyə buraxılan 5 lirəlik metal pul nişanının üzərindəki Atatürk təsviri mübahisələrə səbəb olub.
Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, pul Xəzinədarlıq və Maliyyə Nazirliyinin qərarı ilə çap edilib.
Qərara əsasən dövriyyəyə 100 milyon 5 lirəlik sikkə buraxılıb.
Sikkənin arxa üzündə Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Atatürkün barelyefi, aşağı hissəsində cümhuriyyətin 100 illiyinin loqosu və ətrafında “Türkiyə Cümhuriyyəti” sözləri təsvir edilib.
Lakin Atatürkün sikkənin üzərindəki barelyefi müzakirələrə səbəb olub. Belə ki, bəzi sosial media istifadəçiləri yeni 5 lirəlik sikkənin üzərindəki Atatürk barelyefinin Atatürkə bənzəmədiyini bildiriblər.
Sosial media istifadəçilərindən biri “Atatürkə bənzəyən ancaq geyimi və papağıdır”, - deyə bildirib.
Qeyd edək ki, diametri 28,15 millimetr, qalınlığı 1,70 millimetr, çəkisi isə 8,25 qram olan sikkənin üz naxışının xarici həlqəsində səkkizguşəli Səlcuqlu ulduz motivindən istifadə edilib. Sikkənin ön tərəfində ay-ulduza, ortada isə “Türkiyə əsri” loqosuna yer verilib. Loqonun solunda 5 rəqəmi, aşağıda isə “Türk lirəsi” yazısı yazılıb. Yazının altında isə “2023” rəqəmi qeyd edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2023, 13:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər