HƏMAS liderləri Türkiyədə görüşüb?
Fələstinin HƏMAS hərəkatının rəhbər heyətinin Türkiyədə gizli görüş keçirdiyi iddia olunur.
Bu barədə İsrailin “Kan” dövlət yayım korporasiyası məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları arasında HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal, hərəkatın Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri və təşkilat rəhbərliyinin digər nümayəndələri də olub.
Telekanalın məlumatına görə, görüşün məqsədi həm Qəzza zolağında, həm də Livan-İsrail sərhədində hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı mövqeləri əlaqələndirmək ola bilər. Bundan əlavə, Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların bərpası perspektivi müzakirə oluna bilər.
Qeyd edilib ki, təhlükəsizlik baxımından toplantıya ev sahibliyi etmək üçün Türkiyə seçilib.
“HƏMAS rəhbərliyi bütün məsələləri videorabitə və ya telefonlardan istifadə etmədən şəxsən müzakirə etmək və üçüncü ölkədə İsrail kəşfiyyat xidmətlərinin girə bilməyəcəyi təhlükəsiz, qapalı otaqda görüş keçirmək qərarına gəlib”, - telekanalın məlumatında deyilir.
Digər tərəfdən, Türkiyə hakimiyyəti Fələstinin HƏMAS hərəkatının liderlərinin ölkədə görüş keçirməsi ilə bağlı xəbərləri şərh etməyib. Hakimiyyətə yaxın mənbələr belə bir məlumata malik olmadıqlarını və bunun saxta məlumat olmaq ehtimalının istisna olmadığını biıdiriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2023, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər