İsrail həbsxanalarında 44 fələstinli jurnalist saxlanılır
“İsrail həbsxanalarında 44 fələstinli jurnalist saxlanılır”.
Bu barədə Fələstin Jurnalistlər Birliyindən verilən yazılı bəyanatda qeyd edilib.
Bəyanata görə, oktyabrın 7-dən bu yana 41 jurnalist nəzarətə alınıb, onlardan 12-i müxtəlif həbs müddətlərindən sonra sərbəst buraxılıb.
Bəyanatda 29 jurnalistlə yanaşı, oktyabrın 7-dən əvvəl İsrail tərəfindən həbs olunan 15 jurnalistin də həbsinin davam etdiyi bildirilib.
Qeyd olunub ki, ümumilikdə 44 mətbuat işçisi cəzaçəkmə müəssisələrində “inzibati həbs” qaydası ilə saxlanılıb.
“İnzibati həbs” qaydası o deməkdir ki, İsrail fələstinliləri heç bir ittiham irəli sürmədən işğal etdiyi ərazilərdə saxlayır. Bu qaydaya görə fələstinlilər onlara qarşı ittiham irəli sürülmədən və müdafiə hüquqları olmadan 6 aya qədər həbs edilə bilərlər. Bu müddətdən sonra hərbi məhkəməyə göndərilən, lakin ittihamlardan xəbəri olmayan fələstinlilərin həbs müddəti bir və ya daha çox dəfə artırılmaqla 5 ilə qədər uzadıla bilər.
Qeyd edək ki, Fələstin Jurnalistlər Birliyi həmçinin, noyabrın 25-də verdiyi bəyanatda İsrailin Qəzza zolağına hücumlarından sonra 70 jurnalistin həyatını itirdiyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-11-2023, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |