Zəngəzur uğrunda mübarizə qızışır - O ölkə də iddiasını ortaya qoydu
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Hindistan əvvəlki aylarla müqayisədə Ermənistana silah göndərməsini intensivləşdirib. Onlar kimlərinsə geosiyasi maraqlarından çıxış edirlər, yoxsa sadəcə olaraq silah satırlar?
- Burada hər iki məsələ mövcuddur. Azərbaycanın Türkiyə və Pakistanla uzunmüddətli dostluq, qardaşlıq münasibətləri var. Kəşmir məsələsində Türkiyə və Azərbaycan Pakistanın ədalətli mövqeyini müdafiə edirlər. Bu baxımdan Pakistan da buna adekvat addımlar atır. Artıq son aylarda Ermənistanla Hindistan arasında münasibətlər sistemi getdikcə zirvəyə qalxmaqdadır. Hətta kiçik cırtdan Ermənistanda hindistanlıların sayı artıq otuz mini keçib. Bu say yalnız İrəvan şəhərinə aiddir. Ayrıca bir çox müəssisələrin tikintisi məsələsində də Hindistan ciddi şəkildə Ermənistanda iştirak edir. Paralel olaraq bu cür əməkdaşlıq həm də müdafiə sahəsindədir. Hindistan bu məsələdə maraqlıdır. Xüsusən də silahlarını Ermənistana satır. Hindistan hərbi müdafiə sənayesi baxımından dünyada o qədər öndə olan ölkələrdən deyil. Ona görə də onlar belə bir şansı əldən vermək istəmir. Eyni zamanda dolayısı ilə Azərbaycan və Türkiyəyə göstərmiş olur ki, sizin Pakistanla münasibətlərinizi biz də adekvat cavablandıra bilərik. Düşünürəm ki, silahların Ermənistana göndərilməsi müəyyən geosiyasi maraqlar kontekstində baş verir. Ancaq Hindistanın Ermənistana göndərdiyi 20-30 km uzunluqda vuran toplarla Ermənistanın müdafiə və yaxud hücum qabiliyyətini artırmaq mümkün deyil. Çünki Azərbaycan və Türkiyənin, bundan da uzaq vuran topları var. Türkiyə mənzili 40 km-dən daha artıq özüyeriyən toplara malikdir. Ancaq hər halda Hindistanın bu davranışı konkret münasibətdir. Bu münasibət təkcə Ermənistana dostluq deyil, Azərbaycan və qardaş Türkiyəyə olan düşmənçilik münasibətidir.
- Erməni mediası uzun müddətdir ki, Hindistanın Ermənistanda hərbi baza açıa biləcəyinin ehtimalını müzakirə edir. Hindistanın bölgəyə girmək ehtimalı varmı?
- Düşünürəm ki, bunlar daha çox informasiya xarakteri daşıyır. Ermənistan rəhbərliyi sınıq-salxaq hər hansı inkişaf etməmiş silahı alanda böyük hay-küy qopardır, stəkanda elə fırtına əsdirir ki, sanki Ermənistana ciddi şəkildə hərbi cəhətdən gücləndiricək silahlar verilir. Yəni bir növ ictimaiyyəti sakitləşdirmək həm də Azərbaycana göstərmək istəyirlər ki, guya Ermənistanı müdafiə edən tərəflər sürətlə artır. İnanmıram ki, Hindistan Ermənistanda hərbi baza açsın. Əvvəla belə bir qanunvericilik yoxdur. Çünki Ermənistanın KTMT üzvü olma məsələsi hələlik ləğv olunmayıb. Ermənistan rəsmi müraciət etməyib. Rusiyanın Ermənistanla 49 illik hərbi müqaviləsi mövcuddur. Bu müqavilə də birtərəfli qaydada ləğv olunmayıb. Ona görə də düşünürəm ki, bu, daha çox hay-küyə hesablanmış informasiyadır. Ciddi deyil.
- Sizcə Hindistanın bölgədə nə kimi maraqları olar bilər?
- Hindistanın bölgədə maraqları əlbəttə ki, Cənubi Qafqazla bağlıdır. Çünki Cənubi Qafqaz Asiyanı Avropaya birləşdirəcək, orta körpü rolunu oynayır. Cənubi Qafqaz bu gün qlobal səviyyədə çox əhəmiyyətli coğrafiyadır. Cənubi Qafqazda Hindistanın düşmən olduğu Çinin, o cümlədən Qərb dünyasının da maraqları var. Rusiya bu bölgəni özünün əhatə dairəsi sayır. Artıq Cənubi Qafqaz uğrunda ciddi mübarizəni görürük. Bu xüsusda Zəngəzur dəhlizi uğrunda gedən səhnə arxasında ki, mübarizəni düşünürük. Hindistan üçün əhəmiyyətlidir ki, İran, Ermənistan, Qara dəniz və Avropaya çox rahatlıqla çıxışı təmin edə bilərlər.
- Fransa da Ermənistanı silahlandırır. Artıq ABŞ-dan da vədlər var. Sizcə ABŞ bu vədini həyata keçirə bilərmi?
- Hazırkı vəziyyətdə ABŞ-ın hansısa ciddi silahları Ermənistana verməsi ehtimal olunmur. Çünki ABŞ-ın silah verəcəyi yerlərin sayı ciddi mənada artır. Ukrayna cəbhəsi, digər tərəfdə Yaxın Şərqdə nə vaxt bitəcəyi bəlli olmayan Fələstin-İsrail müharibəsi var. Bir də bu müharibənin potensial olaraq genişlənmə təhlükəsi mövcuddur. Müharibə bitənə qədər ABŞ İsraili strateji müttəfiqi olaraq silahlandırmaq məcburiyyətindədir. Düşünmürəm indiki vəziyyətdə ABŞ Ermənistana silah göndərsin. Ayrıca silahın göndərilməsi istəyi olsa belə, bunun logistikası bir az problematikdir. Fransanın ardınca bir də ABŞ-ın Gürcüstan vasitəsi ilə Ermənistana silah göndərmək istəməsi Tiflisin mövqelərini Azərbaycanda ciddi sarsıdar. Çünki nə qədər də Azərbaycan Fransanın göndərdiyi silahların Gürcüstandan keçməsinə səbirli davranmasına baxmayaraq bunun davamlı olduğu təqdirdə əlbəttə bir cavabı olacaq. ABŞ sözdə, eyni zamanda bəzi siyasi qərarlarla Azərbaycana təzyiq etmək istəyir. Azərbaycan bölgənin ən güclü və strateji ölkəsidir. Azərbaycan Qərbin təhlükəsizlik sisteminə çox ciddi bir töhfə verən bir dövlətdir. Belə bir ölkə ilə cırtdan Ermənistanla bağlı qısa müddətdə hansısa geosiyasi maraqlar kontekstində ABŞ-ın tamamilə münasibətləri düşmən vəziyyətinə gətirməsini istəməz. Ona görə də düşünmürəm ki, belə kütləvi silahlandırmaq mümkün olsun. Ancaq ABŞ başqa ölkələr vasitəsilə, yəni başqa dövlətləri Ermənistana silah verməsi ilə bağlı təhrik edə bilər. Bu təcrübə var. Biz bunu Ukraynada gördük.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2023, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |