Bakıda tuneli su basdı, 2 maşın batdı - Video
Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə iki maşın batıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, səhər saatlarında Sabunçu qəsəbəsindən şəhərə çıxış olan yol tamamilə bağlanıb. Tunelə dərinliyi 3 metrə qədər su dolub. Bu yeraltı tunel dəmir yol xəttinin altında keçir və bir neçə ay əvvəl burada təmir işləri yekunlaşıb. Sifarişçi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olsa da, işi podratçı şirkət olan “Körpü Bina Tikinti” MMC həyata keçirib.
32 RB nömrəli “Mercedes” markalı maşını suyun içində qalan sürücü Elcan Hacıyev bildirib ki, səhər saat 5 radələrində işə gedərkən tunelin girişində maşın sönüb: “Maşında tək idim, yerdə su topuğumdan olardı. Maşın söndü, burda qoyub getdim. Həmin vaxt güclü yağış da yağmırdı, yerdə də su az idi. Dedim işə gedim, sonra icazə alıb qayıdaram. Mən işə çatanda zəng edib dedilər ki, maşın suyun altında qalıb. Motorxana, salon hamısı suyun içindədi. Fövəqladə Hallar Nazirliyinə zəng etdim, dedilər “o tunel Dəmir Yollarınındır, ora zəng elə”, Dəmir yolları idarəsinə də zəng etdim, “dedilər FHN-ə denən, maşını onlar çıxartmalıdır”. 102-yə də məlumat verdim. Mənə daha bu maşın lazım deyil, bunu da götürməyəcəyəm”.
Hadisə şahidlərinin bildirdiyinə görə, həmin “Mercedes”dən bir qədər irəlidə də “VAZ 2106” markalı avtomobil batıb, lakin həmin maşın tamamilə suyun altında qaldığı üçün heç görünmür.
Tuneli inşa edən “Körpü Bina Tikinti” MMC-nin adını açıqlamayan nümayəndəsi bildirib ki, bu yol hələ rəsmi olaraq istifadəyə verilməyib: “Yol Pirşağı qəsəbəsinə kimi çəkiləcək. Hazırda istifadəyə verilməyib, sadəcə, camaat özü maşınla keçir. Biz tuneldə yağış sularının axıdılması üçün kollektorlar quraşdırmışıq, iki nasosumuz da var, havalandırma sistemi də işləyir. Bu qurğuların işləməsi üçün tunelin üstündə transformator da quraşdırılıb. Bu su yağış nəticəsində yaranmayıb. Yaxınlıqda “Neftayırma zavodu və SOCAR-ın digər zavodunun tullantıları bura yığılıb. Bu qədər su yığılacaq həcmdə yağış da yağmayıb”.
Qeyd edək ki, tunelin istifadəyə verilmədiyi bildirilsə də, yolda hər hansı məhdudlaşdırıcı nişan və maneələr quraşdırılmayıb. İlk olaraq əraziyə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müavinləri ilə birgə gəlib. Vəziyyətlə tanış olduqdan sonra tapşırıqlarını verərək gedib. Hazırda “Körpü Bina Tikinti” şirkəti suyun tuneldən çəkilməsi ilə məşğuldur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-09-2019, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-09-2019, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29