reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda insanlar pensiyaya çıxmaq istəmir: - Hökumət yaşın azaldılmasına baxa bilər, ancaq...

reklam

Azərbaycanda insanlar pensiyaya çıxmaq istəmir: - Hökumət yaşın azaldılmasına baxa bilər, ancaq...


Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı müzakirələr səngimir.

Parlamentin bir neçə üzvü mətbuata əvvəlki açıqlamalarında yaş həddinin azaldılmasının müsbət hal ola biləcəyini qeyd etsələr də, hələ də pensiya yaşı ilə bağlı heç bir dəyişiklik yoxdur. Sosial şəbəkələrdə də aktiv müzakirə olunan məsələ pensiya yaşının xüsusən qadınlar üçün azaldılmasıdır.

Qeyd edək ki, 2017-ci il 1 iyulda qüvvəyə minən qanuna əsasən, pensiya yaşı 65 müəyyən edilib.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

İndiki vəziyyətdə Azərbaycanda pensiya yaşının azaldılması mümkündürmü?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli təqaüd yaşının birbaşa demoqrafiya ilə əlaqəli olduğunu bildirərək qeyd edib ki, Azərbaycanda bu sahədə yaş həddini azaltmaq üçün lazımi vəziyyət mövcuddur:

“Təqaüd yaşının fəlsəfəsi demoqrafiya ilə birbaşa əlaqəlidir. Məsələn, Yaponiyada, Cənubi Koreyada təqaüd yaşına yanaşmada əks mövqeni müşahidə edirik. Bu ölkələrdə pensiya yaşının artırılması zaman-zaman gündəmə gəlir.Çünki demoqrafik problem var. Əhali sürətlə qocalır və iş yerləri ilə bağlı problemlər yaşanır. Məsələn, Yaponiyada işsizlik dünyada rekord həddə azalıb, uzun illərdir ki, 2 faizi keçmir. Məsələ problemlə əlaqəli olduğu üçün bu kontekstdən baxmaqda yarar var. Azərbaycanda məsələyə bu aspektdən baxdıqda, vəziyyət çox yaxşıdır. Hətta qonşu ölkələrə, Avropaya nisbətən də bizdə demoqrafik vəziyyət kifayət qədər qənaətbəxşdir. Ona görə də pensiya yaşının azaldılması gündəmə gələ bilər”.

Natiq Cəfərli Azərbaycanda təqaüd həcminin az olduğunu diqqətə çatdırıb və qeyd edib ki, daha çox gənc nəsil yaş həddinin azaldılması tərəfdarıdır. Ortayaşlı insanlar isə maaşın 1/3-i həcmində təqaüd almaq istəmirlər:

“Bizdə başqa problem var ki, bir çox hallarda çalışan insanların özləri təqaüdə vaxtından tez çıxmaq istəmirlər. Təqaüdün səviyyəsi, ödənişlərlə bağlı problem olduğu üçün çalışmağa üstünlük verirlər. Çünki çalışarkən həm müəyyən üstünlüklər qazanır, həm də daha çox maaş alma imkanları yaranır. Azərbaycanda təqaüdlərin səviyyəsinə, təqaüd sisteminə ümumiyyətlə, yenidən yanaşmaq lazımdır. Əvvəlcə təqaüdün məbləği artırılmalıdır ki, daha sonra yaş həddini aşağı salmaq mümkün olsun. Bundan sonra müzakirələr daha detallı gedə bilər. Vətəndaşların təqaüdə çıxmaq istəməməsi Azərbaycanda maraqlı fenemone çevrilib. Hətta istər dövlət idarələri, istər böyük özəl şirkətlər bu məsələni az qala şəxsi faciə kimi qəbul edirlər. Azərbaycanda demoqrafik vəziyyət yaş həddinin azaldılmasına kifayət qədər imkan versə belə, yaxın 10 ilin dinamikasını əvvəlcədən proqnozlaşdırmaq lazımdır ki, bu addımı atarkən sonradan başqa problemlərlə qarşı-qarşıya qalmayaq. Əslində yaş həddinə narazılıq edənlərin bir çoxu gənclərdir. Çünki daha tez təqaüdə gedib dünya səyahətinə çıxmaq və yaxud da öz sevdiyi işlərlə məşğul olmaq kimi düşüncələri var. Avropa ölkələrində bu belədir. Biz səfərlərdə olarkən hava limanlarında da görürük ki, səfər edən avropalıların böyük əksəriyyət təqaüdçülərdir. Çünki təqaüd kifayət qədər yüksəkdir. Bəzi hallarda isə özəl təqaüd fondları ilə müqavilələr bağlanır və daha çox pul alınır. Hətta Almaniyada iki il bundan əvvəl təqaüd yaşının artırılması ilə bağlı təklif səsləndirildi. 10 minlərlə insan buna etiraz etdi və hökumət geri addım atdı. Çünki təqaüd onları qane edir. Yaş məsələsinə gəldikdə isə hazırkı yaş həddi dünya standartlarına cavab verir. Nə çox, nə də azdır. Düzdür, bundan aşağı salmağa imkan var. Amma insanların hazırkı vəziyyətdə buna icazə verməsi müqayisəlidir. 700-800 manat maaş alan biri 200 manat pensiya almağa razı olmaya bilər”.

Deputat Musa Quliyev də məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında hazırda pensiya yaşının azaldılmasının parlamentin gündəliyinə daxil olmadığını deyib. Bildirib ki, sosial sifariş olarsa, bu məsələyə baxıla bilər:

“Sosial şəbəkədə hər kəs öz istəyinə uyğun fikir səsləndirə bilər. Amma nə parlamentdə, nə də hökumətdə bununla bağlı fikir mövcuddur. Hazırda elə bir müzakirə olmadığına görə təqaüd yaşı ilə bağlı islahatın mümkün olub-olmayacağını deyə bilmərəm. Əgər ciddi sosial sifariş olsa, əlbəttə, parlament də, hökumət də məsələyə baxa bilər. Bunu parlament üzvləri təklif kimi təbii ki, irəli sürə bilər, lakin əvvəllər heç vaxt belə bir şey olmayıb. Hökumət tərəfindən bir neçə il əvvəl pensiya yaşının artırılması ilə bağlı layihə gəlmişdi və parlamentdə qəbul olundu, heç kim onun əleyhinə danışmadı. Hər kəsin ürəyindən bir şey keçir, amma təəssüf ki, hər istəniləni etmək mümkün olmur. Mənim özümə gəldikdə isə yaş həddinin azaldılmasına çox yaxşı baxıram”.


Paylaş:


Müəllif : Tarix:
31-08-2019, 09:31
Sikayət   


loading...
Загрузка...