Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə üçün 4011 vakant yer çıxarılıb
“Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə üçün 4011 yer vakant çıxarılıb. Bu günə olan məlumata görə, namizədlər 4000-ə qədər vakant yerləri seçərək elektron ərizələrini təsdiq edib. 17 minə yaxın insan qeydiyyat keçsə də, ərizələrini hələ təsdiqləməyiblər”.
regionxeberlericom.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, sentyabrın 2-si və 3-ü üçün elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsinin təşkil edilməsi planlaşdırılır. Müsahibədən keçən namizədlər müddətsiz əsaslarla işə qəbul edilmiş hesab ediləcək.
Xatırladaq ki, əlavə yerləşdirmə mərhələsi bu gün başa çatır. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə bilərlər.
Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 16:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti