Məktəbli formaları ilə bağlı xəbərdarlıq
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalarkən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vahid formalarla bağlı xəbərdarlıq edilib.
Sözügedən xəbərdarlıq məktəb direktorlarına ünvanlanıb, müvafiq olaraq sinif rəhbərlərinə yönləndirilib, eyni zamanda məktəblərin sosial şəbəkə hesablarında paylaşılıb.
Vahid məktəbli geyimi ilə bağlı xəbərdarlıqda aşağıdakı nüanslar əksini tapıb:
- Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.
- Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
- Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.
- Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə məktəbli geyimi barədə ətraflı məlumatlandırılıb.
- Məktəbli formalarını əldə etmək üçün müəyyən olunmuş məntəqələr barədə ictimaiyyətə geniş informasiya verilib, satış məntəqələrinin ünvanları qeyd edilib.
- Paytaxt ərazisində məktəbli formalarını əldə etmək üçün 34 məntəqə mövcuddur.
- Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər.
- Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.
- Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı 3 tədris ili dəyişilməz qalacaq.
- Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.
- Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2023, 16:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |