reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hakerlər sosial şəbəkələrdə istifadəçilərə 3,25 milyard dollar ziyan vurur

reklam

Hakerlər sosial şəbəkələrdə istifadəçilərə 3,25 milyard dollar ziyan vurur


Kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər üzrə illik gəliri 3,25 milyard dollar təşkil edir.

Bu barədə zərərli təhlükələrdən mühafizə texnologiyalarının yaradılmasında ixtisaslaşan “Bromium” şirkətinin hesabatında deyilir.

Bildirilib ki, fırıldaqçılar tərəfindən böyük səy göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün “Facebook”, “YouTube”, “Twitter” və digər servislərdən istifadə olunur:

“Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir”.

Ekspertlərin qiymətləndirməsinə görə, sosial şəbəkələrdə yoluxmaların təxminən 40 faizi zərərli reklam, 30 faizi isə plagin və virus proqramlarına görə baş verir.

“Bromium” mütəxəssislərinin sözlərinə görə, sosial şəbəkələr “qlobal zərərli proqramların yayılması mərkəzi”nə çevrilib. Belə ki, təşkilatların beşdəbir hissəsi məhz bu platformalar vasitəsilə yoluxur.

Qeyd edək ki, 2015-2017-ci illərdə təkcə ABŞ-da sosial şəbəkələrdə kibercinayətkarlıq 300 faizdən çox artıb.



Paylaş:


Müəllif : Tarix:
2-03-2019, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər